Neftimizin qiyməti 80 dollara çatır...
06 iyun, 2023 11:09
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti bahalaşıb.
Neftin 1 barelə olan qiyməti 1,38 ABŞ dolları və ya 1,77% artıb. Belə ki, neftin qiyməti 79,52 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib.