İri marketlər alıcıları necə aldadır? - "Bir ildə müştərilərə 500 milyon ziyan dəyir"

13 iyun, 2023 18:01

Son vaxtlar alıcılar tez-tez iri market şəbəkələrində ("Araz Market", "Bravo", "BazarStore", "Neptun", "Bolmart" və s) xidmətin keyfiyyətindən narazılıq edirlər.​​​​​​​

Belə ki, vitrində bəzi məhsulların endirimdə olduğu yazılır və endirim qiyməti göstərilir, kassada isə həmin məhsul endirim deyil, real qiymətinə satılır. Yalnız kassa çekinə diqqət edən müştərilər bundan xəbər tuta bilirlər. Alıcılar həmçinin endirim kampaniyalarının arxasında da bəzi hiylələr olduğunu, vaxtı keçən və ya keyfiyyətsiz məhsulların qiymətinin aşağı salındığından şikayətlənirlər.

Bundan başqa böyük marketlərdə alıcıların çox olduğu səhər və axşam saatlarında cəmi bir neçə kassa işləyir ki, bu da uzun növbələrin yaranmasına səbəb olur. Hətta əlavə kassalar olsa da, market sahibləri onların açılmasına icazə vermirlər.

Bəs, iri marketlərdə xidmətin səviyyəsinin aşağı olması nə ilə əlaqədardır?

Mövzu ilə bağlı Bakupost.az -a açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, şikayətləri ümumiləşdirsək, bir ildə marketlər vətəndaşları aldatmaqla təqribən 500 milyon manat qazanc əldə edirlər.

E.Hüseynovun sözlərinə görə, müasir marketlər istahlakçıların hüquqlarının ən çox pozulduğu yerdir:

"Qapıdan girən kimi istehlakçıya potensial oğru kimi baxırlar. Əşyalarını alıb harasa yerləşdirirlər. Orda da bir şey itsə, heç kəs cavabdehlik daşımır. Bütün bunların səbəbi odur ki, marketlər üçün Nazirlər Kabinetinin heç bir qayda-qanunu yoxdur. İstehlakçı problem yaşıyıb dövlət orqanına müraciət edəndə isə deyirlər ki, onların öz ərazisidir, özləri bilər. Vətəndaşlar il ərzində marketlərdə almadıqları mal üçün ümumilikdə 500 milyon manat ödəyirlər. Təkcə məni şəhərin Nizami küçəsində yerləşən "Grand" marketdə bir ildə 100 manata qədər aldatma cəhdi olub. Bu hələ görüb bildiyimdir. Şübhəsiz ki, bilmədiyimiz də var. Cənab prezident daim iqtisadi çıxışlarında ölkədə süni qiymət artımının varlığını dilə gətirir və tapşırıqlar verir. Təchizatçı malı marketə yerləşdirmək üçün bəri başdan külli miqdarda pul verir. Ərzaq malları sektorundan danışsaq, marketlər malın üzərinə təxminən 25% qoyur. Satışdan sonra isə təchizatçılardan 20 % geri alır. Bu zaman təxminən 50 % qiymət artımı baş verir. Bu da süni qiymət artımına gətirib çıxarır".

E.Hüseynov vurğulayıb ki, təchizatçılar bundan xəbərdar olsa da, səslərini çıxarmağa qorxurlar:

"Çünki onları ümumiyyətlə, şəbəkədən çıxarda bilərlər. Belə bir vəziyyətdə əlbəttə, marketlərdə istehlakçıların hüquqlarının pozulması daimi olacaq”.

Eyyub Hüseynov qeyd edib ki, kassalar qarşısında növbələr bilərəkdən yaradılır ki, insanlar aldıqları malın qiymətinə baxa bilməsinlər:

“Xidmətin keyfiyyətindən bizə daim şikayətlər gəlir. Kassalar məsələsində də Nazirlər Kabinetinin qaydaları olmadığı üçün market sahibləri necə istəyir, o cür də qaydalar tərtib edirlər. Ona görə də növbələr əmələ gəlir və bu da istehlakçı narazılığına səbəb olur. Mövcud qaydalar olmadığı üçün belə bir vəziyyət yaranır. Bu da marketlərdə süni qiymət artımında böyük rol oynayır. Ona görə istehlakçılara üzümü tutub deyirəm ki, ərzaq malının keyfiyyətində problem olarsa, 1003 qaynar telefon xətti ilə Qida Təhlükəsizliyi Agentliyinə məlumat versinlər. Qiymətdə aldadılma hiss edərlərsə, 195 telefon xətti ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərlər”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR