"Zərərli maddələr varsa, Söyüdlüdəki göl qurudulmalıdır" - Ekspert

22 iyun, 2023 16:41

“Əgər göldə doğrudan da zərərli maddələr varsa, onun qurudulması, ərazinin təmizlənməsi, həmin zərərli maddələrin xüsusi qablara toplanaraq müəyyən yerlərdə mühafizə edilməsi vacibdir”.

Bunu Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondunun prezidenti, biologiya elmləri doktoru, professor Rauf Sultanov Bakupost.az -a açıqlamasında Gədəbəyin Söyüdlü kəndində sakinlərin etirazına səbəb olan gölün insanların və ev heyvanlarının sağlamlığına təsiri ilə bağlı danışarkən deyib.

Rauf Sultanovun sözlərinə görə, Azərbaycanın bu sahədə imkanlarının olduğu bir vaxtda belə bir prosesin diqqətdən kənarda qalması yaxşı hal deyil:

“Əlvan metalların əldə olunması və digər yeraltı faydalı qazıntı işləri zamanı zərərli maddələrin ortaya çıxması bu gün bir nömrəli problemdir. Sovet dövründə Xəzər dənizindən neft çıxarılanda ekologiya heç kimi maraqlandırmırdı. Hətta Azərbaycanda Ekologiya Nazirliyə də yox idi. Xəzər dənizindən çıxarılan neft yeraltı torpaqlara siyarət etmişdi. İndi oraların təmizlənməsi üçün milyardlarla manat vəsait lazımdır. Bu gün Xəzər dənizində istifadə olunan qurğularda birinci növbədə ekoloji vəziyyət nəzərə alınır".

Ekspert Söyüdlü kəndində ekoloji vəziyyətdəm məlumatsız olduğunu, lakin qazıntı zamanı istər-istəməz torpağın çirkləndiyini bildirib:

"Metalın emalı prosesində, yuyulmasında çoxlu sudan istifadə olunur. Bu sularda ətraf mühitə müəyyən təsiri olan zərərli maddələr olur. Azərbaycan öz ərazisinin ekoloji mühitinin pisləşməsini heç vaxt istəməz. Bu gün Söyütlü kənd sakinlərinin müəyyən etirazları var və biz onları dinləməliyik. Araşdırılma aparılmalıdır. Əgər həmin göldə doğrudan da ciddi nöqsanlar varsa, dövlət təxirəsalınmaz işlər görməlidir. Bununla bağlı əhaliyə məlumat verilməlidir ki, bu istiqamətdə monitorinq aparılır və lazımi işlər görülür”.

Rauf Sultanov qeyd edib ki, beynəlxalq tələblərə uyğun olaraq insan sağlamlığına və kənd təsərrüfatı məhsullarının yetişməsi prosesinə təsir göstərməməsi üçün həmin zərərli maddələr əhali olmayan yerlərdə mühafizə edilə bilər:

“Dünya miqyasında atom elektrik stansiyaları var. Onların fəaliyyəti prosesində insan sağlamlığına böyük təsir göstərən zərərli uran qalıntıları yaranır. Buna beynəlxalq miqyasda nəzarət edilir. Həmin o nüvə qalıqları xüsusi qablara doldurularaq dünyanın müəyyən yerlərində yeraltında izolyasiya edilərək saxlanılır. Elə ölkələr var ki, həmin o zərərli maddələrin öz torpaqlarında mühafizə edilib saxlanılmasına müqavilə əsasında razılıq verirlər. Əlbəttə ki, Söyüdlü kəndindəki göldə doğrudan da zərərli maddələr varsa, sadaladığım proseslər orda da tətbiq edilməlidir”.

Professor bildirib ki, Araz çayının çirklənməsində Ermənistanın payı olduqca çoxdur:

“Bu gün biz Ermənistanı tənqid edirik ki, onlar yeraltı qazıntılar zamanı zərərli tullantıları Araz çayına axıdırlar. Ermənistan beynəlxalq konvensiyalara qoşulmayıb. Ona görə də biz onları məhkəməyə verə bilmirik. İran indiyədək bu barədə sussa da, bu yaxınlarda o da Ermənistana öz etirazını bildirdi. Ermənilərin ekologiyaya zərər vurmamasını tələb etdiyimiz halda özümüzdə belə bir faktın olması əlbəttə, çox pisdir”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR