Satıcılar ətin bahalaşdığını, müştərilərin azaldığını deyirlər

27 iyun, 2023 16:14

Artıq Qurban bayramına cəmi bir gün qalıb. Bu il Qurban bayramı Azərbaycanda rəsmi şəkildə iyunun 28-i və 29-da qeyd ediləcək. (miladi təqviminə görə hər il Qurban bayramının tarixi 10 gün dəyişir).

Bakıda satıcılar  AzadlıqRadiosuna  deyib ki, qoyun-quzunun qiyməti çəkiyə görə dəyişir və diri çəkidə onların bir kilosu 7.5-8.5, doğranmış şəkildə isə 16-19 manat arasında dəyişir. Ötən il isə, onların deməsinə görə, diri çəkidə quzunun 1 kiloqramının ortalama qiyməti 6.5, bir kiloqram ətin isə 14-15 manat olub.

Satıcıların vurğulamasına görə, qiymət artımı alıcı qıtlığı ilə də müşahidə edilir. "Keçən il bayramqabağı günlərdə mənim artıq 50 müştərim var idi. Heyvanı onlar üçün saxlamağı sifariş etmişdim. Bu il həmin müştərilərin sayı 15-ə düşdü", -Bakıda özünü Nazim Əhmədov kimi təqdim edən satıcı deyir.

Kənd Təsərrüfatı Nazirliyindən isə "Turan"a bildirilib ki, bu il bazara satış üçün heyvan çıxarmayacaqlar. Qiymətlərə gəlincə, nazirlikdən vurğulanıb ki, onlar qiymət tənzimlənməsində iştirak etmir: "Dövlət qiyməti heç bir formada tənzimləmirsə, bazarda qiymətlər tələb-təklif qanununa görə müəyyənləşir".

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov AzadlıqRadiosuna deyib ki, Azərbaycanda ət istehsalı ilə bağlı vəziyyət kritik həddədir: "Biz postsovet ölkələri arasında ət istehsalı ilə bağlı yalnız Tacikistandan irəlidəyik, qalan ölkələrdən isə xeyli geridə qalırıq. Bizdə əhalinin tələbatından yarıdan da az ət istehsal olunur. Bir nəfər üçün illik norma 78 kilodursa, Azərbaycanda adambaşı 34 kilo istehsal olunur".

Ekspertin sözlərinə görə, ötən il Azərbaycana 175 min baş xırdabuynuzlu heyvan idxal edilib: "Çünki ölkədə örüş sahələrinin 300 min hektarı əkinə verilib, yem istehsalı kifayət qədər deyil. Bu səbəbdən də fermerlər məcbur olub heyvanlarını kəsimə verib və heyvanların baş sayı azalıb".

V.Məhərrəmovun fikrincə, bayramqabağı ət kəsimi həyata keçirən, ət satışı ilə məşğul olan sahibkarların sayı aşırı dərəcədə çoxdur: "Onlar da çox olduqca gəlirləri az olur. Əhalinin alıcılıq qabiliyyəti aşağıdır, əvvəlki qədər ət alan yoxdur. Ona görə də sahibkarlar çalışır ki, bayramqabağı qiyməti artırsınlar və onun hesabına qazanc əldə etsinlər".

Müstəqillik qazanandan (1991) sonra Azərbaycanda da, dünyanın bir çox ölkələri kimi, Qurban bayramı rəsmi qaydada qeyd edilir. Bu münasibətlə kəsilən heyvanların ətinin bir hissəsi, adət və ənənəyə görə, yoxsul, imkansız ailələrə verilməlidir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR