"Qarabağdakı erməni sakinlərin təhlükəsizliyinin Azərbaycanın tərkibində təmin edilməsi mümkündür" - ABŞ səfiri

04 iyul, 2023 11:53

Vaşinqton inanır ki, Qarabağın erməni sakinlərinin hüquq və təhlükəsizliyi Azərbaycanın tərkibində təmin oluna bilər, ABŞ-ın Yerevandakı səfiri Kristina Kvin Ermənistanın İctimai Televiziyasına müsahibəsində bildirib.  

Onun sözlərinə görə, ABŞ çoxdan bəyan edir ki, "Dağlıq Qarabağ sakinlərinin hüquq və təhlükəsizliyi qorunmalı, danışıqlar aparılmalıdır, onun nəticələri region sakinlərinin hüquq və təhlükəsizliyini müdafiə edəcək". "Şəxsən mən hesab edirəm ki, Dağlıq Qarabağdakı adamlar özlərini öz evlərində, öz mühitində təhlükəsiz hiss etməli, dinc ailə həyatı qurmaq imkanlarına malik olmalı və öz icmalarında iştirak etməlidirlər. Buna görə də ABŞ inanır ki, nizamlanma üzrə danışıqlar çərçivəsində sözügedən prinsiplər təmin edilməlidir", - Armenia Today ABŞ səfirindən sitat gətirib. Onun sözlərinə görə, tərəflər Dağlıq Qarabağ sakinlərinin hüquqlarının və təhlükəsizliyinin qorunmasını təmin etmək üçün birlikdə hərəkət etməlidirlər və onlar "müvafiq zəmanətlərin vacibliyini bəyan ediblər".

"Qalır buna yol tapmaq", - "Sputnik - Armeniya" Kvinin sözlərindən sitat gətirib.

“Bakı və Xankəndi arasında dialoqun təşkili mümkündürmü?” sualının cavabında diplomat bildirib ki, istənilən müzakirə və danışıqlar sülh yolu ilə nizamlanmaya nail olmaq üçün doğru yoldur.

Bakı və Yerevan arasındakı danışıqlarda Rusiyanın roluna toxunan amerikalı diplomat  "Ukraynadakı təcavüzkar hərəkətlərinə görə" Kremli "etibarsız tərəfdaş" adlandırıb.

Beləliklə, ABŞ səfirinin sözlərindən belə çıxır ki, Vaşinqton hesab edir ki, Qarabağ ermənilərinin hüquqları məsələsi Azərbaycanın tərkibində həll olunmalıdır və onlar yerli icmalar səviyyəsində idarəçiliyə cəlb oluna bilər.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR