Əhəd Abıyevin saysız-hesabsız mülkləri: Hər biri əlindən alınacaq - SİYAHI
Ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Əhəd Abıyev Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Sosial şəbəkələrdə Əhəd Abıyevin var-dövlətinin siyahısı yayılıb.
Mənzilləri:
- Daşkəsən rayonu 20 Yanvar, ev 8 ünvanında mənzil,
- Nəsimi rayonu, S.Vurğun küç. ev 58 ünvanında mənzil,
- Nərimanov rayonu M.Qaşqay, ev 102 ünvanında mənzil,
- Nərimanov rayonu, M.Qaşqay küç. 100 ünvanında yerləşən 20 sota yaxın torpaqda inşa etdirdiyi 4 mərtəbəli villası,
- Milyonerlər. məhəlləsi kimi tanınan Teymur Əliyev küçəsində villası,
- Gəncədə, Göygöldə mənzilləri, bağ evləri,
- Badamdarda 3 ədəd villası,
- Novxanı qəsəbəsində milyonlarla manat qiyməti olan bağ evi,
- Qaxda, Nabranda, Xaçmazda, Qubada istirahət mərkəzləri, otelləri.
Obyekt və əmlakları:
1. Masallı şəhərində keçmiş “Raykopittifaq”a məxsus 2 mərtəbəli bina 0,23 ha ərazisi ilə birlikdə 27.02.2004-cü il tarixdə Əhəd Abıyevin qardaşı Abıyev Səməd Mikayıl oğlunun adına özəlləşdirilmiş və əvvəllər DSMF Masallı rayon şöbəsinə icarəyə verilmişdi.
2. Masallı şəhər Həmid Sultanov küçəsində köhnə YDM və dəyirman 0,50 ha torpaq sahəsi ilə birlikdə 28.06.2004-cü il tarixdə Ə.Abıyevin qardaşı Qadir Abıyevin adına özəlləşdirilib və əvvəllər "Azər-Altay qardaşları” daş bazarı kimi fəaliyyət göstərib.
3. Masallı şəhərində yerləşən köhnə "Aqrokombinat”ın 3 mərtəbəli binası 0,33 ha torpaq sahəsi ilə birlikdə Ə.Abıyevin qardaşı Nadir Abıyev adına özəlləşdirilib. Həmin binada Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı şöbəsinin yerləşməsinə və həmin vaxt Nadir Abıyevin Torpaq şöbəsinin müdiri olmasına baxmayaraq, bu bina dəyərindən çox-çox aşağı qiymətə özəlləşdirilib və şöbənin işçiləri bu binadan çıxarılıb.
4. İstisu zonasında yerləşən keçmiş "Mətləbbulağı” (indiki adı “İslam bulağı”) istirahət mərkəzi əvvəlki sahibindən qanunsuz və təzyiq yolu ilə alınaraq Abıyevlərin mülkiyyətinə keçirilib.
5. İstisu zonasında 10 ha ərazidə yerləşən “Turkan” sağlamlıq mərkəzi əvvəlki sahibi Adəm Nüsrətovdan qanunsuz və təzyiq yolu ilə alınaraq Abıyevlərin mülkiyyətinə keçirilib.
6. Masallı şəhərində 0,20 ha torpaq sahəsi 22.12.2005-ci il tarixdə Səməd Abıyevin qaynı Tağıyev Mirinin adına sənədləşdirilib.
7. Masallı şəhərində köhnə cörək kombinatı 0.70 ha torpaq sahəsi ilə birlikdə Ə.Abıyevin yaxınlarından sayılan Piriyev Məmmədbağırın adına özəlləşdirilib, sonradan həmin yer Ə.Abıyevin ən yaxın adamı olan 70 saylı Masallı şəhər seçki dairəsinin əvvəlki sədri Elxan Məmmədovun adına sənədləşdirilib.
8. Masallı şəhərində 0,60 ha torpaq sahəsi 05.12.2005-ci il tarixdə Abıyev Nadirin yaxın qohumu Eyvazov Fərhad Saleh oğlunun adına sənədləşdirilib.
9. Masallı şəhəri Talışxanov prospektində 0,10 ha torpaq sahəsi Abıyev Nadir Mikayıl oğlunun adına sənədləşdirilib.
10. Masallı şəhərində 320 kv.m-lik dükan yeri Nadir Abıyevin kürəkəni Nadirov Manaf Abı oğlunun adına 25.03.2002-ci il tarixdə sənədləşdirilib.
11. Masallı şəhərində 130 kv.m-lik dükan yeri 10.10.2002-ci il tarixdə Nadir Abıyevin oğlu Abıyev Siyab Nadir oğlunun adına sənədləşdirilib.
12. Masallı şəhəri "Xan Çinarı” bazarının arxasında yerləşən 3,15 ha torpaq sahəsi 04.03. 2005-ci il tarixdə Nadir Abıyevin adına sənədləşdirilib.
13. Masallı şəhərində yerləşən univermaq binası 0.19 ha ərazisi ilə birlikdə, Səməd Abıyev "Raypoittifaq”ın müdiri işləyərkən orada mühasibi işləmiş Abıyevlərin yaxın adamlarından olan Məmmədov Əhməd Məmmədağa oğlunun adına 12.02.2007-ci il tarixdə dəyərindən çox aşağı qiymətə özəlləşdirilib.
14. Bala Təklə kəndi ərazisində 6 ha torpaq sahəsi 15.05.2006-cı il tarixdə Əhəd Abıyevin qardaşı oğlu, Dövlət Yol Polisində məsul vəzifədə çalışan Abıyev Kamal İsrafil oğlunun adına sənədləşdirilib. Sonradan bu torpaq sahəsi Masallının İstisu ərazisində yerləşən “İslam bulağı” istirahət mərkəzinin yerləşdiyi ərazi ilə qeyri-qanuni dəyişdirilib.
15. Masallı şəhərində 0,34 ha torpaq sahəsi və 150 kv.m dükan yeri Əhəd Abıyevin əmisi nəvəsi Alışov Xalid Nizami oğlunun adına sənədləşdirilib.
16. Masallı şəhərində 144 kv.m dükan yeri 02.12.2003-cü il tarixdə Əhəd Abıyevin əmisi oğlu Alışov Nizami İsgəndər oğlunun adına sənədləşdirilib.
17. Masallı şəhər "Xan Çinar” bazarının yanında 0,10 ha torpaq sahəsi Abıyev Nadir Mikayıl oğlunun adına sənədləşdirilib və daha sonra satılıb.
18. Masallı şəhərində 72 kv.m-lik dükan yeri 25.08.2004-cü il tarixdə Abıyev Nadirin qaynı Qasımov Bahəddin Qafur oğlunun adına sənədləşdirilib.
19. Masallı şəhərində 0,20 ha torpaq sahəsi 10.07.2001-ci il tarixdə Əhəd Abıyevin bacısı oğlu Salmanov Tapdıq Müzəffər oğlunun adına sənədləşdirilib.
20. Masallı şəhərində 720 kv.m-lik dükan yeri 30.11.2001-ci il tarixdə Əhəd Abıyevin əmisi oğlu Alışov Nizami İsgəndər oğlunun adına sənədləşdirilib.
21. Masallı şəhərində 400 kv.m-lik dükan yeri 30.10.2002-ci il tarixdə Qadir Abıyevin qayını İsmayılov Tahir Sahibəli oğlunun adına sənədləşdirilib.
22. Masallı şəhərində 3311 kv.m-lik torpaq sahəsi 16.04. 2002-ci il tarixdə Abıyev Nadir Mikayıl oğlunun adına sənədləşdirilib.
23. Masallı şəhər Əlibala Əliyev küçəsində 0,60 ha torpaq sahəsi 28. 12. 2005-ci il tarixdə Nadir Abıyevin qayını Qasımov Bahadur Qafur oğlunun adına sənədləşdirilib.
24. Masallı şəhərində 505 kv.m-lik torpaq sahəsi 20.04.2003-cü il tarixdə Qadir Abıyevin qayını İsmayılov Tahir Sahibəli oğlunun adına sənədləşdirilib.
25. Şərəfə kəndi ərazisində yerləşən köhnə Yemçilik Birliyi 4,5 ha torpaq sahəsi və tikililəri ilə birlikdə Abıyev Nadir Mikayıl oğlunun adına, dəyərindən çox aşağı qiymətə özəlləşdirilib.
26. Masallı şəhəri ərazisində yerləşən "Moskiviç” maşın təmiri emalatxanası 1 ha torpaq sahəsi ilə birlikdə Əhəd Abıyevin bacısı oğlu Salmanov Tapdıq Müzəffər oğlunun adına özəlləşdirilib.
27. Masallı şəhərində yerləşən köhnə "Kitab Evi”nin 2 mərtəbəli binası dəyərindən aşağı qiymətə özəlləşdirilərək Abıyevlərin mülkiyyətinə keçirilib.
28. Viləş çayının yatağında dövlət mülkiyyətində olan ümumilikdə 3 ha torpaq sahəsi Abıyev Siyab Nadir oğluna və Abıyev İbrahim Mikayıl oğluna 2004-cü il tarixdən icarəyə verilib.
29. İstisu avtomobil yolu üzərində “Şır-şır” bulağının kənarında 6 ədəd kottec və geniş bir meşə ərazisi Abıyevlərin mülkiyyətindədir.
30. Əhəd Abıyevin qardaşı Qadir Abıyevə məxsus "Azər-Altay qardaşları" şirkətinin ərazisi 16 nəfərin həyətyanı torpaq sahəsi olmasına baxmayaraq, bu torpaqlar qanunsuz olaraq Abıyev Qadir Mikayıl oğlunun adına sənədləşdirilib.
31. Masallı şəhər bələdiyyəsinə məxsus olan və Həsənli kəndinə yaxın ərazidə yerləşən 100 ha torpaq sahəsi qanunsuz olaraq Abıyev Abı Mikayıl oğlunun adına özəlləşdirilib.
32. Viləşçay su dəryaçasının kənarında, İsi kəndində 0,50 ha torpaq sahəsi və 3 mərtəbəli ev Qadir Abıyevin adına özəlləşdirilib.
33. Bakı-Astara magistral yolunun kənarında meşə zolağına bitişik 2 ha torpaq sahəsi qeyri-qanuni olaraq Abıyev Qadir Mikayıl oğlunun istifadəsindədir.
34. Bakı-Astara magistral yolunun Təzə Alvadı kəndində, meşə zolağında qanunsuz olaraq tikilmiş "Görüş” restoranı Əhəd Abıyevin kürəkəni Cəfər Gözəlovun adına özəlləşdirilib.
35. Dəniz kənarında yerləşən və Çaxırlı kəndinə məxsus olan geniş torpaq sahələri və ferma binaları qanunsuz olaraq Abıyevlərin mülkiyyətinə keçirilib.
36. Abıyev Nadir Mikayıl oğlu Rayon Torpaq şöbəsinin müdiri işlədiyi vaxt Qızılağac kəndində yerləşən Südçülük Kompleksini ərazisi ilə birlikdə qanunsuz şəkildə satıb.
37. "Xan Çinar" bazarı ilə üzbəüz tikilən Abıyevlərə məxsus bazar, Əhəd Abıyevin əmisi oğlu Alışov Nizami İsgəndər oğlunun adına sənədləşdirilib.
Qohumluqlar:
- Qardaşı Zəfər Abıyev DİN Baş Narkotiklərlə Mübarizə İdarəsində şöbə müdirinin müavinidir.
- Qardaşı oğlu Nəriman İbrahim oğlu Abıyev Sumqayıt Şəhər Məhkəməsinin hakimidir.
- Qardaşı Qadir Abıyev Astara Gömrük Məntəqəsinin əməkdaşıdır.
- Qardaşı Nadir Abıyev isə uzun müddət Masallı rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.
- Qardaşı oğlu Heydər Abıyev DTX-nın Quba rayon şöbəsinin rəisi olub. O, həm də sabiq nəqliyat naziri Ziya Məmmədovun bacısının kürəkənidir.
- Kiçik qardaşı Səməd Abıyev “Telekom”un rəisidir.
- Qardaşı oğlu Abıyev Kamal İsrafil oğlu Dövlət Yol Polisində məsul vəzifədə çalışır.
- Digər bir qardaşı Səməd Abıyev Masallı rayon Masallı Telekommunikasyia Qovşağının rəisidir.
- Qohumu Abıyev Sədulla Vəli oğlu 64 №-li Mənzil Kommunal İstismar Sahəsinin (JEK) rəisidir.