İcra Hakimiyyətlərinin ləğvi ilə bağlı məsələ ciddiləşir...

22 iyul, 2023 12:29

Payız aylarında Azərbaycanın siyasi sistemində ciddi dəyişikliklər ediləcəyi və hətta bunun üçün referendum keçiriləcəyi barədə xəbərlər dolaşır. Müzakirələr ötən ildən başlasa da, bir neçə gün əvvəl Milli Məclisin deputatı Erkin Qədirlinin referendumla bağlı çıxışı müzakirələri qızışdırıb.

Müzakirə olunan məsələlər arasında ən çox diqqət çəkən inzibati-ərazi bölgüsündə dəyişiklik və icra hakimiyyəti sturukturlarının ləğvidir.

İnzibati-ərazi bölgüsünə əsasən Azərbaycanda 66 rayon, 14 respublika tabeli şəhər var. Ərazisinə görə ən böyük rayon Kəlbəcər, ən kiçik isə Sədərək rayonudur. Mövcud rayonların inzibati sərhədlərinin böyük əksəriyyəti Sovet dövründə formalaşdırılıb. Ən son yaradılmış rayon 2004-cü il formalaşdırılan Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonudur.

Deputat Erkin Qədirli qalmaqallı yazısında bildirib ki, ölkənin inzibati-ərazi bölgüsü dəyişdirilməlidir. O fikirlərini belə əsaslandırıb:

“Ümumi ərazisi onsuz da kiçik olan bir ölkədə 66 rayona, 14 respublika tabeli şəhərə və 12 şəhər rayonuna nə gərək var? Hərəsində də icra başçısı və s. İdari xərclər, korrupsiya ehtimalı, siyasi risklər və s. baxımından yararsız bir sistemdir. Amma burası sonranın işidir, konstitusiyaya dəyişiklik tələb etmir. Referendumda bələdiyyələr böyüdülər və gücləndirilərsə, inzibati-ərazi dəyişikliyi cari qanunvericilkdə etmək asan olacaq”.

Qeyd edək ki, qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının bütün ərazi vahidlərinin sərhədlərinin müəyyən edilməsi və dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanının vəsatəti əsasında Milli Məclis tərəfindən həyata keçirilir.

Britaniyanın nüfuzlu Qlasqov Univeristetinin məzunu, siyasi araşdırmaçı Şücaət Əhmədzadə Modern.az-a açıqlamasında mövcud inzibati bölgünün Sovet Azərbaycanının mirası olduğunu bildirib. O qeyd edib ki, Azərbaycanda həm inzibati ərazi bölgüsünün, həm də idarəetmə sisteminin əsaslı dəyişilməsinə ehtiyac var.

Ekspert 14 iqtisadi-coğrafi rayonun 8 iqtisadi bölgə ilə əvəz edilməsini, mövcud 66 rayonun ləğv edilərək 20 mahal ilə əvəz edilməsini, respublika tabeli şəhər konsepsiyasının isə böyük şəhərlərlə dəyişdirilməsini təklif edir.

O vurğulayıb ki, mərkəzdən təyin olunacaq nümayəndələr tərəfindən idarə ediləcək vahidlərin sayının azaldılması həm dövlət resurslarının daha qənaətcil istifadə edilməsinə, həm də ərazilərin inkişafında tarixi-coğrafi əlaqələrin insitutlaşmasına səbəb ola bilər.

Bu məqamda xatırladaq ki, Azərbaycanda rayon və şəhərlərə Prezident tərəfindən təyin olunan icra başçıları rəhbərlik edir.

Erkin Qədirli deyir ki, icra hakimiyyəti təsisatı hələ 1991-ci ildə Prezident olmuş Ayaz Mütəllibov tərəfindən, yəni indiki konstitusiyadan öncə yaradılıb və o vaxtdan heç dəyişməyib.

“Çox köhnə və səmərəsiz bir sistemdir. Mütəllibov onu SSRİ-də olmuş rayon və şəhər xalq deputatları, onların icraiyyə komitələrinin yerinə qurmuşdu. Faktiki olaraq isə yerli icra başçıları keçmiş kommunist partiyasının rayon və şəhər birinci katibləri yerini tutmuş oldular. Bir sözlə, bu sistemlə bundan sonra irəliyə getmək alınmayacaq. Ləğv olunmalıdır”, - parlamentari təkliflə çıxış edib.

İcra hakimiyyətlərinin ləğvi ilə bağlı müzakirələr yeni deyil. 2021-ci ilin yanvar ayının 19-da dövlət başçısının imzaladığı fərmanla işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri institutu yaradılıb. Fərmanda qeyd olunub ki, məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, bu hədəfə nail olunmasında dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, habelə idarəetmədə çevikliyin və səmərəliliyin artırılmasıdır.

Artıq işğaldan azad edilən bəzi rayonlara xüsusi nümayəndələr təyin edilib. Bundan başqa, dövlət başçısı Naxçıvana prezidentin səlahiyyətli nümayəndəsini təyin edib. Prezident İlham Əliyev mart ayında yeni idarəetmə modelinin bütün ölkə üzrə tətbiq olunmasının anonsunu verib. "Bu ərazilərdə, eyni zamanda, yeni idarəetmə üsulu da tətbiq edilməlidir və edilir. Gələcəkdə bu, yeni idarəetmə modeli kimi ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir. Yəni, bu, həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur. Əminəm ki, bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcəkdir", - dövlət başçısı çıxışında vurğulayıb.

Siyasi araşdırmaçı Şücaət Əhmədzadə vurğulayıb ki, hazırda həm icra başçıları, həm də icra başçılarının müavinləri prezident tərəfindən təyin olunur.

“Hər rayonda şərti olaraq 1 icra başçısı, 3 icra başçısı müavini olduğunu götürsək, mərkəzdən rayonların idarə edilməsi üçün 200–300 şəxsin prezident tərəfindən birbaşa təyin olunduğunu deyə bilərik. Azərbaycan kimi ərazi, əhali və resurslar baxımdan kiçik bir ölkədə 200–300 şəxsin birbaşa təyinat alaraq 66 rayonu (üstəgəl, 14 respublika tabeli şəhəri) idarəetməsi ziddiyyətli bir məqamdır. İkinci Qarabağ Müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə yeni idarəetmə strukturunun — prezidentin səlahiyyətli nümayəndəsi — yaradılması özlüyündə icra başçıları insitutunun disfunksional olduğunun qəbullanılmasının göstəricisidir”, - o bildirib.

Xüsusi nümayəndəlik Azərbaycanın idarəetmə sistemi üçün yeni insititut hesab edilir. Bir çoxları iddia edir ki, bu qurum hələlik sınaq mərhələsindədir və özünü doğruldacağı təqdirdə ölkənin bütün ərazilərinə tətbiq edilə, nəticədə icra hakimiyyətləri ləğv oluna bilər.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI