"Bir gündə 3 taksi şirkəti eyni qiyməti təyin edirsə, deməli, bunu hökumət istəyib" - İqtisadçı

25 iyul, 2023 12:24

Azərbaycanda bəzi taksi şirkətləri minimum gediş haqqının məbləğini artırıblar. Belə ki, bu gündən “Bolt”, “Uber”, “Yango” taksi şirkətlərində minimal qiymət 2,50 AZN təşkil edəcək.

Yeniavaz.com xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli Feysbuk profilindəki paylaşımında bu qiymət artımını şərh edib.

O, paylaşımında yazıb ki, taksi xidməti hökumət tərəfindən tənzimlənməyən xidmət sahəsidir:

“Qanunlara görə hökumət Tarif Şurasının səlahiyyətlərinə daxil olan sahələrdən başqa digər sahələrdə qiymət qoya, təyin edə bilməz. Taksi xidməti hökumət tərəfindən tənzimlənməyən xidmət sahəsidir. Əgər eyni gündə 3 müxtəlif taksi xidməti şirkəti eyni qiyməti təyin edirsə, deməli bunu hökumət istəyib – yaxşı, nə əsasla hökumət bu addımı atıb?! Əslində bu, biznesin işinə birbaşa müdaxilədir, qanuni əsası da yoxdur. Yəni, nazirlik əmrlə qiymət təyin edə bilməz, amma edir – ölkədə son 10 ildə qiyməti ucuzlaşan yeganə sahə olan taksi xidmətinin işinə müdaxilə edir, hətta bazara yeni daxil olmuş “Uklon” taksi şirkətinə lobbiçilik edir, çünki, bu gün qiyməti artıran şirkətlər sırasında “Uklon” yoxdur. Bundan başqa “Uklon” şirkəti klassik “dumping”lə məşğuldur, qiymətləri ucuz edib ki, digər şirkətləri bazardan çıxarsın, məntiqlə, anti-inhisar orqanları belə işlərlə məşğul olmalıdırlar. Bu suallara, yaranmış vəziyyətə hökumət izah gətirəcəkmi?! Təbii yox, niyə bizə hesabat-açıqlama verməlidirlər ki?! Hesabatlı hökumətin formalaşması üçün biz nə etmişik ki, açıqlama da versinlər?!”

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR