Qubad İbadoğlunun evində yenidən axtarış aparılır
26 iyul, 2023 14:45

Həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun evində axtarış aparılır.
Bu barədə Teleqram kanalları Qubad İbadoğlunun qızına istinadən məlumat yayıb.
"Mətbuat prospekti 35E, mənzil 23, mərtəbə 9-da, yəni bizim evdə axtarışa başlayıblar. Xahiş edirəm, jurnalistlərdən kimlər varsa getsin", - deyə o, bildirib.