"Kontakt Home" "şeş qoşa"nı necə fırladır? - Elnur Allahverdiyevin mexanizmi belə işləyir

27 iyul, 2023 14:50

1-ci atış – 5% geri al

2-ci atış – 25 % geri al

3-cü atış – 100% geri al

4-cü atış – Volkswagen İD.4 hədiyyə

Və ya

Şeş-qoşa macərasına sən də qoşul!

Kontakt-a gəl, həm nağd, həm hissəli alış edib oyunda iştirak et:

1-ci atışda tək zərlə şeş (altı) atsan, məbləğin 5%-ni;

2-ci atışda tək zərlə şeş (altı) atsan, məbləğin 25%-ni;

3-cü atışda tək zərlə şeş (altı) atsan, məbləğin 100%-ni geri alacaqsan;

Burada yazını oxumağı dayandırın və bu reklam mətnindən nə anladığınızı düşünün! Mətn hansı mənaya gəlir?

Fikrimcə, Azərbaycan dilini normal bilən istənilən adam məhz belə düşünər ki, müştəri “Kontakt Home” mağazalar şəbəkəsində alış-veriş etdikdən sonra satış mərkəzlərində təşkil olunan zər atma kampaniyasına qoşulur və əgər “şeş” atırsa, o zaman mağazaya ödədiyi məbləğin uyğun olaraq 5, 25 və ya 100 faizini dərhal geri alır. 

Lakin, sözügedən mağazalar şəbəkəsinin kampaniya şərtləri heç də satış mərkəzlərində yerləşdirilən bannerlərdə və mediada yaydığı reklam mətnlərinə uyğun deyil. Orada sizə heç kim pul qaytarmır. Yumşaq ifadə etsək, bu kampaniya sadəcə aldatmacadır. Hüquqi dillə isə qanunvericiliyə ziddir.

Mağazanın saytında kampaniya haqqında ana dilimizdə dəqiq ifadə olunub: “5% və 25% məbləğində keşbek qazanan müştərinin ödəniş sənədində uduşun məbləğinə müvafiq “keşbek” (cashback) ştampı vurulur. Müştəri udduğu tarixdən etibarən 30 gün ərzində istənilən Kontakt mağazasına gedib müvafiq möhürlə satınalma sənədində göstərilən məhsul dəyərində 5% və 25% ala bilər”. 

Kampaniya isə əslində təqdim olunduğu kimi deyil, belə işləyir: Tutaq ki, bir “şeş” atıb 5% “geri al” qazanırsınızsa, mağaza bu haqda sizə 5 faiz endirim kuponu verir. Yalnız növbəti alış zamanı həmin 5 faizdən istifadə edib endirim əldə edə bilirsiniz. Mağaza sizə pul, filan qaytarmır. Dolayısı ilə bunu öz satışını artırmaq üçün manipulyasiya edir. Özü də sözügedən kuponun cəmi 30 gün istifadə müddəti olur. Yaxşı, siz  30 gündə iki dəfə evinə hər hansı texniki əşya, özünə telefon, kompüter və ya digər məhsul alan görmüsünüzmü? Təbii ki, istisnalar ola bilər. Lakin böyük çoxluq bu kateqoriyada deyil. Adamlar ayda-ildə bir dəfə “Kontakt”ın vitrinində olan məhsullardan alır, ya da almır. Nəticə, qazanılan “geri al”lar heç bir məna ifadə etmir.

Bu reklam haqqında qanunvericiliyin pozulmasıdırmı? Aidiyyatı qurumlar və hüquqşünaslar daha dəqiq cavab verə bilər. “Reklam haqqında” qanunda isə məsələ konkret ifadə olunub:

Maddə 4.2. Reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalı, rəqiblərinin istehsal etdiyi, reklam edilən əmtəə ilə eyni, yaxud onun əvəzedicisi olan başqa əmtəələrin bazar nüfuzuna xələl gətirməməlidir.

Bir məsələ də var: Avtomobil uduşunda hər müştəri iştirak edə bilməz. Yalnız 300 manatlıq alış edənlər 4-cü zəri ata bilər. Təbii ki, bu şərt də mağazalarda qoyulan “gəl-gəl” deyən bannerlərdə yoxdur. Bunu zər atanların videosunu çəkən gözəl qızlar  “şirin dillə” şifahi şəkildə nəzərə çatdırırlar...

Yenisabah.az

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR