"Araz" supermarketlər şəbəkəsində müştəri ziyanına problem...

27 iyul, 2023 18:41

Uzun müddətdir ki, “Araz” supermarket şəbəkələrində alış-veriş zamanı verilən kassa çekləri ilə bağlı problemlər yaşanır. Alıcıya təqdim olunan kassa çeklərinin nə QR kodu oxunur, nə də Fiscal İD rəqəmləri aydın görünür. Sosial mediada aylardır müzakirə olunan problemə əksər filiallarda rast gəlindiyi bildirilir.

Müştərilər əsasən İnşaatçılar, Buzovna, Sumqayıt və Xətaidə olan filiallarda belə problemlə üzləşdiklərini yazırblar.

Maraqlıdır, problemin səbəbi nə ilə əlaqədardır? Ümumiyyətlə, şirkət məsələnin həll olunması istiqamətində hansı addımlar atır?

Teleqraf.com sözügedən məsələ ilə bağlı “Araz” supermarket şəbəkəsinə sorğu göndərib.

Şirkətin rəsmi nümayəndəsi bildirib ki, müştərilərin alış-veriş qəbzindəki QR kodun oxunmaması ilə bağlı şikayətinə əsasən araşdırma aparılıb: “Bütün mağazalarımızda çek printerlərə baxış keçirildi. Sözügedən mağazalardakı printerlərdə texniki nasazlıq aşkar edildi və dərhal aradan qaldırıldı.

Xatırladaq ki, Vergi Məcəlləsinin tələb etdiyi qaydalara əsasən, alıcılar alış-verişdən sonra əldə etdikləri qəbzin üzərində olan Fiscal İD və ya QR kodu edvgerial.az portalına daxil edərək keşbek qazanırlar.

Müştərilərimizin xidmət və məhsulların keyfiyyət göstəriciləri ilə bağlı məsələlərdə həssaslığını anlayır, onları narahat edən məqamlarla bağlı bizi məlumatlandırdıqları üçün təşəkkür edirik. Mağazalarımızda qarşılaşdığınız istənilən problemlə bağlı şikayətinizi 924 nömrəsi ilə əlaqə saxlayaraq və ya sosial şəbəkə hesablarımızdan bizimlə paylaşmağınızı xahiş edirik”.

Göründüyü kimi, "Araz" supermarketlər şəbəkəsi problemin yarandığını etiraf edib, çoxsaylı şikayətlərdən sonra məsələni araşdırmağa başlayıb. Bəs ötən müddətdə pozulmuş istehlakçı hüquqlarını necə kompensasiya etmək olar?

Cavab vermək çətindir...

Telaqraf.com

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR