Marketlərin bonus fırıldağı: Müştərilər necə aldadılır? - ARAŞDIRMA

05 avqust, 2023 13:18

Hər birimiz gündəlik olaraq müxtəlif marketlərin müştərisi kimi bonuslardan yararlanırıq. Ancaq fikir versək görərik ki, əksər vaxt bonus kartları reklam edildiyi qədər faydalı deyil.

Əlbəttə ki, hər bir müəssisənin marketinq siyasəti və bonus qaytarmaq şərtləri fərqlidir. Bəzilərində ümumiyyətlə bonus kartı olmadan endirimdən faydalanmaq olmur. 

Maraqlı məqam isə odur ki, əksər hallarda müştəriyə bəh-bəhlə bonus kartı təqdim edilir, haqqında bütün məlumatlar alınır. Lakin endirimlər haqqında məlumat verilsə də, bonusların itməsi, endirimlərin bitməsinə dair heç bir məlumat göndərilmir. Hərçənd ki, hər bir marketlər şəbəkəsi öz müştərilərini bonus kartından istifadəyə görə təyin edə bilir.

Redaksiyamıza da supermarketlərin bonsu saxtakarlığı ilə bağlı çoxsaylı şikayətlər gəlir. Şikayətçilərdən biri iddia edir ki, bir çox marketlərdə tütün məmulatları və spirtli içkilərə görə, ümumiyyətlə, bonus verilmir.

Bəs, qanunda bununla bağli hansısa bir qadağa nəzərdə tutulubmu?

Hüquqşünas Zaur Quliyev bildirir ki, müəyyən qrup məhsullara görə ƏDV-nin qaytarılmaması nəzərdə tutulsa da, bonusun verilməsi ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur.

“Qanunda əlavə dəyər vergisinin qaytarılması ilə bağlı tütün məmulatları, un və un məhsulları həmçinin digər nəzərdə tutulmuş məhsullara görə ƏDV-nin qaytarılmaması nəzərdə tutulub. Amma bonus sistemi mağaza və dükanların, eləcə də bankların özlərinin layihələridir. Qanunda bununla bağlı bir qadağa yoxdur. Ona görə də müştəri cəlb etmək üçün həmin layihələri həyata keçirilməsində supermarketlər tamamilə azaddırlar”.

Bəs bonus kartları müştəriyə verildiyi halda, ona bonusun düşmədiyi və ya kartdakı bonusun itəcəyi barədə niyə əvvəlcədən xəbərdarlıq  edilmir?

Qida üzrə ekspert, restorator Məmməd Əhmədovun sözlərinə görə, marketlərdə bonus və müəyyən hədiyyələr xüsusi daxili proqramla müəyyən edilirki, bir çox hallarda da düzgün olmayan hesablama aparılır:

“Hər bir iaşə obyektinin istər restoranın, istərsə hər hansı market şəbəkəsinin, adi supermarketin belə marketinq siyasəti var. Onlar bununla bir növ müştəriləri cəlb edirlər. Bildirilir ki, “müəyyən miqdar alış-veriş edin sizə güzəşt ediləcək”. Bəlli bir tarixdə seçim aparılır və qalib müəyyənləşir. Yaxud müəyyən məbləğ qoyulur və həmin vaxtda hədiyyələr verilir. Təbii ki, bu prosesi izləmək çətindir. Onu müştəri özü də bilmir. 

Hazırda kampaniya şəklində məsələn, 50 manatlıq alış-veriş edəndə 50 bonus və yaxud başqa endirim edilir. Bütün bu proseslər isə istehlakçının hüquqları qorunması şərtilə olmalıdır. Çünki istehlakçı ora gedirsə, qarşı tərəf də bunu təmin etmək məcburiyyətindədir”.

“Bonusun itəcəyi ilə bağlı müştəriyə məlumat verilməməsi qanun pozuntusudur”

Ekspert bildirib ki, buna yalnız aidiyyəti qurumlar nəzarət edə bilər. Məmməd Əhmədov həmçinin vurğulayıb ki bəzi marketlər bonusun itəcəyi barədə müştəriyə məlumat göndərmirsə, bu həmin marketlər şəbəkəsinin istehlakçıya qarşı etdiyi qanun pozuntusudur:

“Hər bir müştərinin bonus kartı alarkən telefon nömrəsi,emaili və haqqında digər məlumatlar alınırsa, sözügedən məlumatları da göndərməlidirlər. Çünki əgər o məlumat bazası varsa və endirimlər, müəyyən kampaniyalar haqqında insanlara məlumat göndərildiyi kimi eyni o mexanizmlə də bonusun itməsi və s. kimi məsələlərə bağlı da məlumatlandırmaq lazımdır”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, Azərbaycan istehlakçıları 1 ildə almadıqları mal üçün təxminən 500 milyon manat pul ödəyirlər.

‘’Bonus kartlarına yüklənmələr haqqında problemlər istisna hal deyil. Çünki marketlər istehlakçıların ən çox aldadıldığı yerdir. Marketlərdə təkcə bu yox, insanların almadığı məhsula görə pul çıxılması və s. hallar da baş verir”.(bizim.media).

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR