"MİDA-da hamını işdən çıxarmaq, kadrları dəyişmək lazımdır" - FOTOLAR

05 avqust, 2023 15:42

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Bakının Yeni Yasamal və Hövsan qəsəbələrində, eləcə də Gəncə şəhərində güzəştli satışa çıxarılan ümumilikdə 1 189 mənzilin seçim prosesi başa çatıb. Bu dəfə də MİDA tənqid hədəfinə tuş gəlib. Əvvəlki illərdə olduğu kimi, şikayətlərin ardı-arası kəsilmir. Qurum bütün halların araşdırılacağı barədə açıqlama versə də, bu, narazı kütləni sakitləşdirməyib. Sosial şəbəkələrdə müzakirələr zamanı bir çox iştirakçı son səhifədə evlərin siyahısı açılanda sistemin donduğunu qeyd edib.

Onların sözlərinə görə, saniyələr ərzində Hövsan, Yasamal və Gəncə layihələrində satışlar bitib. Mənzillərin siyahısı açılsa da, heç birinə giriş edə bilməyiblər, həmişəki kimi son mərhələdə sistem yenilənib, bu isə iştiraçıların geriyə qayıdıb seçim etmə şanslarını əllərindən alıb. Sistem açılır, siyahıda mənzillər var, lakin seçə bilmirsiniz... Qəfil bildiriş gəlir ki, sizin seçdiyiniz mənzil artıq tutulub. MİDA tərəfindən şəffaflığın təmin edilmədiyini deyən iştirakçıların çoxu video faktlarla aidiyyəti dövlət qurumlarına müraciət edəcəklərini bildiriblər".

Bizimxeber.az bildirir ki, bu barədə mətbuata açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib ki, artıq neçənci dəfədir, MİDA güzəştli mənzilləri satışa çıxaranda sistemin donduğu, mənzillərin tez satıldığı kimi şikayətlər eşidilir.

“Bu, ona işarədir ki, müəyyən dələduzluq halları var. Bunu başqa cür izah etmək olmur. Bildiyim qədəri ilə, əvvəllər də hüquq-mühafizə orqanları onların bu fəaliyyətlərini nəzarətə götürüb. Ümumi yanaşmam belədir ki, Azərbaycanda bəzi məmurlar oğrudur, dələduzdur, korrupsionerdir, rüşvətxordur. Bu, faktdır və bunu bütün Azərbaycan xalqı bilir. Sadəcə, çox vaxt onların əməllərini geniş xalq görmür. Amma harada ki yeni informasiya texnologiyalarının tətbiqi tələb olunur, orada bunların iç üzü dərhal görünür. Heç də fikirləşməyək ki, MİDA-da çalışanlar pisdir, o birilər yaxşı. Sadəcə, o birilərə qarşı belə şəffaflıq tələbləri yoxdur deyə görmürük. MİDA-dakı bədbəxtlərin başına isə iş gəlib. Onlara deyiblər ki, satışı məhz bu formada etməlisiniz, bunlar da savadsızdırlar axı...

Onsuz da Azərbaycanın bəzi məmurları savadsızdır. MİDA-dakılar da oğurlamağı, talamağı başqa yollarla öyrəniblər, bu cür texnologiyalara alışmayıblar. Bilmirlər, necə etsinlər ki, heç kim görməsin, bilməsin. Ona görə də bütün zibilləri tam çılpaqlığı ilə üzə çıxır, xalq da görür ki, bunlar orada nə edirlər. Bu gün hansı sahələri faktlarla tənqid edə bilirik? Harada ki məlumat şəffafdır. Məsələn, deyirik ki, dövlət satınalmalarında korrupsiya, oğurluq, rüşvət, “şapka” var. Niyə? Çünki qanun var, tələb edir ki, məlumatlar sistemdə olmalıdır, amma məlumatlar yoxdur. Biz də deyirik ki, “aha, deməli, nəsə baş verib...” Bu tələblər olmasaydı, məgər baş verənləri görərdik? Yox. Eynilə MİDA-nın güzəştli mənzil satışı da. Bu, bir daha göstərir ki, biz dövlətdən, hökumətdən tələb etməliyik, bütün sahələrdə şəffaflıq olsun, informasiya texnologiyaları tətbiq edilsin. 

2005-ci ildən Azərbaycanda məmurların öz gəlirlərini bəyan etməsi haqqında qanun var, indiyə qədər Nazirlər Kabineti bu qanunun icra mexanizmini təsdiq etməyib. Bu ilin aprel ayında icra mexanizmini özüm hazırlayıb, Kabinetə göndərmişəm ki, təsdiq edin. Etmirlər. Çünki şəffaflıqdan qorxurlar. Təsəvvür edirsiniz, bu gün məmurlar öz gəlirlərini bəyan etməyə başlasalar, onlara qarşı bizdə nə qədər sual çıxacaq?

Elə buna görə yayınırlar. MİDA-da baş verənlər də bununla bağlıdır. Qanun, qayda şəffaflıq tələb edir, bunlar da öz savad, bacarıq və qabiliyyətlərinə görə tam oğurluq edə bilmirlər. Hər şey üzə çıxır. Təklif edirəm ki, MİDA-da hamını işdən çıxarmaq, kadrları dəyişmək lazımdır. Eyni zamanda İctimai Şura MİDA-nın fəaliyyətinə nəzarət etməlidir. Şəffaflıq azdır, gərək, ictimai nəzarət də olsun. İnkişaf etmiş ölkələrdə bu var. Dövlətin güzəştli vəsaiti xərclənirsə, o idarətmə orqanında mütləq müstəqil şəxslərdən ibarət İctimai Şura olmalıdır ki, nəzarət etsinlər. Etməyəndə, belə hallar olur...”- Ə.Həsənov deyib. (Azsiyaset.com).

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR