"Qızıl Səadət"i, 21 kq qızıl, gömrük generalı və 400 min rüşvət - Daha bir həbs

09 avqust, 2023 16:34

Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin sabiq rəisi, gömrük xidməti general-mayoru Məsum Rəsulovun adı hallanan, "qızıl Səadət"in şikayəti əsasında açılan cinayət işi ilə bağlı məhkəmə qərar verib.

İş üzrə gömrük general-mayoru Məsum Rəsulovun yaxın qohumu, 1986-cı ildə Naxçıvan Muxtar Respublikasının Nehrəm kəndində anadan olmuş Türkan Abdullayeva saxlanılıb.

Hadisə isə belə baş verib. Səadət adlı qadının 2021-ci ildə Türkiyədən 865.000 ABŞ dolları dəyərində olan cəmi 21 kiloqram 895 qram müxtəlif adda qızıl-zinət əşyaları gömrükdə bəyan edilmədiyi üçün saxlanılıb. Səadətə Türkiyədən Azərbaycana göndərdiyi qızılların sərhəddə tutulması ilə bağlı cinayət işinə Dövlət Gömrük Komitəsinin İstintaq Baş İdarəsndə müstəntiq işləyən Elxanın rəhbərlik etdiyi bildirilib. Bu işin həll edilməsi üçün o, vaxtı ilə Komitədə yüksək vəzifədə çalışmış tələbə yoldaşı Mehman Sadıqovla görüşüb. Mehman Sadıqov onu dəstək olmaq üçün general-mayor Məsum Rəsulovun qohumu Türkan Abdullayeva ilə görüşdürüb.

Türkan Abdullayeva görüş zamanı Mənsum Rəsulova zəng edib və işi 400.000 manata həll edə biləcəyini deyib. Türkan Abdullayeva həmçinin qeyd edib ki, məsələni "Yaxt Klub”da Mənsum Rəsulovla görüşərək həll edəcək. Səadət isə bu işə görə cəmi 100.000 manat verməyə razılaşıb.

Üstəlik Türkan Abdullayeva söhbət əsnasında Məsum Rəsulovun tapşırığı ilə gömrükdə saxlanılmış və dövlət nəfinə keçmiş siqaret və alkaqollu içkiləri götürüb satdığını da deyib.

7 may 2022-ci il tarixdə Səadət ilkin olaraq Mərkəzi Univermaqda yerləşən ofisində Mehman Sadıqova 12 min dollar verib. Daha sonra Mehman Sadıqov Türkan Abdullayevanın "Yaxt Klub”da Mənsum Rəsulovla görüşdə 600 manat hesab verdiyini deyib və həmin vəsaiti də Səadətdən alıb.

Dövlət Gömrük Komitəsində keçirilən məlum əməliyyatlardan sonra işinin həll edilmədiyini görən Səadət hüquq-mühafizə orqanlarına müraciət edib.

Qızıl ticarətçisi olan Səadət məhkəmədə bu işdə digər günahkar kimi keçmiş gömrük məmuru Mehman Sadıqovu göstərib: "Ömründə bir-iki dəfə 3 günlük Türkiyəyə getməyən Mehman Sadıqov 2023-cü ildə ölkəni tərk edib və bu günə qədər dönməyib. Təqsirləndirilən şəxsin əməlində Cinayət Məcəlləsinin 178.2.1 maddəsi var. Onunla əlbir olub məni aldadan Mehman Sadıqovun əməlində də Cinayət Məcəlləsinin 178.2.1, 32.5, 178.2.4, 32.4, 312.2-ci maddələrinin olmasını nəzərə alaraq, işin düzgün qiymətləndirilməsi üçün Baş Prokurorluğa qaytarılmasının təmin olunması xahiş edirəm”.

O da məlum olub ki, Türkan Abdullayeva dəfələrlə dələduzluq maddəsi ilə saxlanılıb.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə yenidən ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya - prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılıb. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb, onun həbsdə saxlama müddəti 2 ay, yəni 27 sentyabr 2023-cü il tarixədək müəyyən edilib.

Qeyd edək ki, general-mayor Məsum Rəsulov Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. Dövlət Təhlükəsizlik Xidmətində davam edən cinayət işi çərçivəsində 2022-ci ilin iyulun 14-də Məsum Rəsulov saxlanılıb. O, 18.03.2023-cü il tarixində ev dustaqlığına buraxılıb. Məsum Rəsulovun gömrük baxışı zamanı müsadirə olunan müxtəlif növ malları məhv etmək adıyla Abşeron rayonunun Fatmayı kəndində olan 2 hektar ərazidə yerləşən 3 mərtəbəli villasının zirzəmisində saxlaması da məlum olub.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR