Nazirlik 73 minlik mebel alır - Daha bir şübhəli tender
12 avqust, 2023 11:06
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçirdiyi tender müsabiqəsinin qalibi “Dekoriko” QSC olub.
Yeniavaz.com xəbər verir ki, Nazirlik mebel və inventarların satınalınması görə “Dekoriko” QSC-yə 73 min 393 manat 52 qəpik ödəyəcək.
Qeyd edək ki, nizamnamə kapitalı 2 min manat olan “Dekoriko” QSC-nin hüquqi ünvanı Sabunçu rayonu, Balaxanı ŞTQ, Balaxanı-Binəqədi şossesi, ev 17a-də yerləşir. QSC-nin qanuni təmsilçisi Əmiraslanov Knyaz Bəxtiyar oğludur.