Həbs olunan Ramin İsayevin şantaj əməlləri...

14 avqust, 2023 15:26

Bu yaxınlarda həbs olunan Ramin İsayevin şantaj əməlləri barədə...

Hazırda həbsdə olan, özünü “bacarıqlı iş adamı” kimi qələmə verən Ramin İsayev əslində problemli bir insan kimi tanınır. Haqqında yayılan məlumatlar da göstərir ki, onun əvvəllər də iş yerlərində problemləri olub. Məsələn, Ramin İsayevin əvvəllər çalışdığı iş yerlərindən biri KCA Deutag şirkəti olub. O, bu şirkətdə region üzrə biznesin inkişafı meneceri vəzifəsini icra edib. Lakin bu vəzifədə ona həvalə edilən tapşırıqları da yerinə yetirə bilməyib. Nəticədə KCA Deutag rəhbərliyi onunla əmək müqaviləsini uzatmamaq qərarına gəlib. Bunu bilən Ramin İsayev KCA Deutag rəhbərliyini təhdid etməyə və hədə qorxu gəlməyə başlayıb.

O, Böyük Britaniya və ABŞ səfirlərinə müxtəlif məktublar göndərib və KCA Deutag şirkətinin Azərbaycandakı rəhbərliyini şərləməyə çalışıb. Hətta şirkətin Azərbaycandakı rəhbərini fiziki güc tətbiq edəcəyi ilə də hədələyib. Sonuncu bu barədə Böyük Britaniya səfirliyinin təhlükəsizlik menecerinə müraciət etmək məcburiyyətində qalıb.

Nəticədə KCA Deutag rəhbərliyi vəkil vasitəsi ilə Ramin İsayevə bildirib ki, onun əmək müqaviləsinin müddəti bitənə qədər işə gəlməsinə ehtiyac yoxdur və müqavilənin müddəti bitdikdən sonra onun əmək müqaviləsinə rəsmi xitam veriləcək.
Bütün bu faktlar Ramin İsayevin necə problemli insan olduğunu bir daha əyani şəkildə ortaya qoyur.
Xatırladaq ki, Ramin İsayev bir müddət öncə həbs olunub. Onun barəsində Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda) maddəsi ilə cinayət işi başlanılıb. Ramin İsayev 16 milyon manat mənimsəmədə ittiham edilir.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində istintaq müddəti üçün 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ramin İsayevin əsas ittihamı vaxtilə “Baghlan Group” xətti ilə “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən götürülən kreditin mənimsənilməsi ilə əlaqədardır.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR