Sumqayıt Məhkəməsindən İnam Kərimova qarşı diversiya - Rəşadət Ağayev dələduzu niyə azadlığa buraxıb?

15 avqust, 2023 15:41

Azərbaycan məhkəmə sistemində islahatların aparılması tarixi zərurət kimi ortaya çıxıb. Uzun illər bu sahədə yığılıb qalan problemlərin aradan qaldırılması istiqamətində qətiyyətli addımların atılacağı ilə bağlı fikirlər səsləndirilib. Xüsusilə, bu ilin iyun ayının 24-də Ali Məhkəmənin sədri İnam Kərimovun Məhkəmə-Hüquq Şurasına sədr seçilməsindən sonra ciddi islahatların aparılacağı ilə bağlı ümidlər yaranıb. Heç şübhəsiz, "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" ölkə Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanından irəli gələn məsələlər zərgər dəqiqliyi ilə həyata keçirilməlidir. Amma gecikirik... Çünki məhkəmə sistemi ağır reanimasion durumdadır, insanların taleyi ilə bağlı ədalətsiz qərarlar qəbul edən xeyli sayda oliqarxa çevrilən hakimlər hələ də fəaliyyətdədirlər, məhkəmələrin həyətləri hələ də hakimlərin, məhkəmə sədrlərinin “makler”ləri ilə doludur, ölkəmizdə yarımçıq, yaxud qərəzli aparılmış, məhkəmələrə göndərilən istintaq materiallarının minlərlə qurbanı var. Və hər gün bu say artmaqdadır... Hesab edirəm ki, ölkənin ən ciddi personaya sahib olan məmurlarından biri - İnam Kərimov tezliklə ciddi islahatlara start verəcək. Ələlxüsus da, Sumqayıt Məhkəmə Kompleksi bu prosesin önündə yer alacaq...​​​​​​​

Sözümüzü nəyə gətirirəm?

Təsəvvür edin, Sumqayıt Appelyasiya Məhkəməsinin hakimi Rəşadət Ağayev dələduzluq əməlləri istintaqla sübuta yetirilən, vətəndaşdan ev satmaq adı ilə 103 min manat pul alıb aldadan, məhz bu fakta görə haqqında iki dəfə həbs qətimkan tədbiri seçilmiş (6 ay təcridxanada saxlanılan) şəxsi azadlığa buraxıb. Söhbət Rəşad Mirişov adlı gəncdən gedir.

R.Ağayevin ölkənin ən ədalətsiz qərarlar qəbul edən hakimlər kateqoriyasına aid olduğunu hər kəs bilir. Redaksiyamızın əldə etdiyi məlumata görə, R.Ağayev R.Mirişovun yaxınları ilə gizli “sövdələşmə” qurub və nəticədə dələduzu azadlığa buraxıb.

Amma ortada zərərçəkmiş, 8 ildir dələduzların törətdiyi əmələ görə mənəvi terrora məruz qalan bir ailə var.

Qısa arayış: 2015-ci ildə Rəşad Mirişov atası Firudin Mirişli ilə əlbir olaraq, Əfrasim Zamanov adlı şəxsə ev satmaq adı ilə ondan 103 min manat pul alıblar. Proses necə baş verib? Ə.Zamanov ev almaq istəyirmiş və Masazır qəsəbəsində satışa çıxarılan bir evə baxış keçirir. Evdən xoşu gəlir. Ev Rəşad Mirişovun adına olub, bu gün də belədir. Rəşad, atası Firudin və Ə.Zamanov arasında razılaşma olur, evi 115 min manata alqı-satqı etməyi qərarlaşdırırlar. Evin sahibi Rəşad və onun atası Firudin müxtəlif problemlərinin olduğunu deyərək ondan ilkin olaraq, 65 min manat pul istəyirlər, 2 gün sonra evin sənədinin də Ə.Zamanovun adına keçiriləcəyinə söz verirlər. Bu 2 gün olur 10 gün, 10 gün olur 1 ay və nəticədə Rəşad evi Zamanova satmamaq üçün müxtəlif bəhanələr uydurur. Hər dəfə aldadır və üst-üstə (müxtəlif məbləğlər şəklində) Zamanov Rəşada ümimilikdə 103 min manat pul verir. Ə.Zamanov son ana qədər bunlardan tələb edir ki, ya pulumu verin, ya da evi adıma keçirin. Bıçaq sümüyə dirənəndə bəlli olur ki, Ə.Zamanova “satılan” ev bankda girovdur. Yəni, yüksək məbləğdə kredit götürülüb və ev də girov qoyulub. Kredit öndəilmədiyinə görə, bank məhkəməyə müraciət edib. Yəni, Rəşad vətəndaşın pulunu alsa da, evin girovluqda olduğunu, sənədləşə bilməyəcəyini deməyib.

Ə.Zamanov isə pulu verdiyi gündən qısa müddət sonra həmin evə köç edib və hələ də (8 ildir) ailəsi ilə birlikdə o evdə yaşayır. İcra məmurları dəfələrlə o evə gəlib. Ə.Zamanovu ailəsi ilə birlikdə evdən çıxarmaq istəyiblər. Rəşadın atası 2020-ci ildə avtoqəzada dünyasını dəyişib. İndi Rəşadın törətdiyi əməlləri rəhmətə gedən atasının üstünə yığmaqla onu məsuliyyətdən azad etmək istəyirlər.

Halbuki, Rəşad Ə.Zamanovdan pul aldığını etiraf edir. Eyni zamanda, Rəşad bir neçə il öncə Ə.Zamanova evlə bağlı etibarnamə də veribmiş. Hər iki məsələ materiallarda da öz əksini tapıb. Təsadüfi deyil ki, Abşeron rayon Polis İdarəsində aparılan istintaqdan sonra məhkəmə Rəşad haqqında 3 aylıq həbs qətikan tədbiri seçilib. Özü də 2 dəfə!

Rəşadət Ağayev, sən kimi azadlığa buraxmısan? Başqalarının faciəsi üzərində əməlləri sübuta yetirilən bir dələduzu hansı səbəblərdən azadlığa buraxmısan? Hansı səbəblə? Səni buna hansı yolla vadar ediblər? Sən nəyin qarşısında əyilmisən? Səni ədalətsiz qərar qəbul etməyə sövq edən, sındıran nə olub?

İndi iş Sumqayıt Ağır Cinayətlər Məhkəməsindədir! İşə Hafiz Əliyev baxacaq. Və ilk məhkəmə porosesi avqustun 16-da keçiriləcək. H.Əliyev həm də məhkəmənin media ilə əlaqələrə məsul şəxsidir. Gəncdir və daha çox ədalətli qərarları ilə diqqət çəkir.

İnanmaq istəyirik ki, o, Ə.Zamanovu, yaşlı valideynlərini, övladlarını 8 ildir ağır fəlakətə salan Rəşad Mirişovla bağlı ədalətli qərar qəbul edərək onun haqqında həbs qətimkan tədbiri seçəcək.

Prosesi izləyirik...

Müəllif: Samir Feyruzov

Azsiyaset.com

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR