Peşə Təhsili üzrə Dövlət Agentliyinin işə qəbulu sistemi çöküb - FOTOLAR

16 avqust, 2023 17:37

Artıq bir neçə gündür Peşə Təhsili üzrə Dövlət Agentliyi Peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimi və istehsalat təlimi ustalarının işə qəbuluna start verib.  

Bizimxeber.az bildirir ki, sənəd qəbulu elektron qaydada aparılır. Agentliyin yaydığı məlumatda bildirilir ki, sənəd qəbulu üçün son müraciət  21 avqust tarixində bitir.

Amma müraciət başlayan dəqiqədən Peşə Təhsili üzrə Dövlət Agentliyinin məlum - portal.edu.az sistemində ciddi problemlər yaranmaqdadır. İstər vakant vəzifələrin seçimində, onların sistemlənmiş siyahısında, istərsə də müraciətlərə verilən cavablarda böyük problemlər yaranıb. 

Təsəvvür edin ki, sistemdə ilk əvvəl "İmtahana buraxıldınız" cavabı görünsə də, bir neçə saat sonra "İmtahana buraxılmadız" cavabı verilir. Hər iki cavab isə sistemdə qalır. Həmçinin qeyri ixtisaslıların imtahana buraxılması, ixtisaslı və təcrübəlilərin imtahandan kənarda qalması halları bu il də ciddi müzakirə mövzusu olaraq qalmaqdadır. 

Sosial şəbəkələrdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin düşdüyü bu vəziyyət ciddi tənqid edilir və qurum fəaliyyətsilikdə günahlandırılır.

Qeyd edık ki, bu texniki problemlər hər il təkrarlanır və daha biabırçı hal alır.

Xartladaq ki, ötən sənəd qəbulu ilində 1 gün sistem çökdü. Bu il isə daha bərbad vəziyyət hal alıb, insanlara gələn cavablar aldadıcıdır.

Baş verənləri aydınlaşdırmaq üçün Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə əlaqə saxladıq.

Qurumun Həvva adlı xanım əməkdaşı baş verənləri təsdiqlədi və bunun ciddi texniki qüsur olduğunu bildirdi: "Yaranmış vəziyyətdən məlumatlıyıq. Sırf texniki problemdir və aidiyyatı üzrə həll edilməkdədir".

Həvva xanım bildirdi ki, müraciət edən şəxslərə gələn cavablar yetərsizdir və sistem yeniləndikdikdən sonra doğru cavablar görünəcək. Həmçinin hər bir müraciət edən şəxsə elekton formada sms məlumat göndəriləcək. 

Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin Direktor vəzifəsini müvəqqəti icra edən, direktor müavini Ceyhun Kərəmovdur. 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR