"Kim Azərbaycanı sevirsə, ermənilərlə birlikdə yaşamağa razı olmalıdır"

17 avqust, 2023 16:22

“Əgər Qarabağ erməniləri bayrağımız altında oturub, Konstitusiyamızı qəbul edəcəklərsə, orada erməni məktəbləri də ola bilər, bələdiyyə sədrləri də ola bilər. Onsuz da Xankəndidə əlimizin altında oturacaqlar”. 

Bu sözləri yenisabah.az-a açıqlamasında Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. 

O, Qarabağ separatçısı Tiqran Petrosyanın “Facebook” səhifəsində paylaşdığı “Qarabağ ermənilərinin inteqrasiyası layihəsi”nə münasibət bildirib. 

N.Cəfəroğlunun fikrincə, əgər onlar vətəndaşlarımız olacaqlarsa, biz onların haqlarını və təhlükəsizliklərini qoruyacağıq:

“Amma bizim vətəndaş olmalıdırlar. Məktəblərdə həm Azərbaycan dili, həm də ermənicə dərslər keçsinlər. Məgər keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində əvvəllər onların məktəbləri yox idi? Xankəndidə erməni dilində dərs deyən institut, texnikum və məktəblər var idi. Nəyə görə qudurdular?”

“Biz həmişə müharibə qurtarsın, cavanlar ölməsin deyə güzəştə getmişik. Əgər bunlar belə şeyə razıdırlarsa, qoy, olsun. Öz dillərində də məktəbləri olsun, nə böyük şeydir? İkincisi isə Zəngəzur dəhlizi açılmalıdır. Naxçıvanla Azərbaycanın arası açılsın, Zəngəzur yolu sərbəst olsun. Bu saat bütün dünya buna göz dikib. Çünki çox gəliş-gedişli yoldu”, - əlavə edib.

“O ki qaldı sosial şəbəkələrdəki reaksiyalara, biz müharibədən çıxmış dövlətik. Sosial şəbəkələrdə bunu deyəcəklər, çünki kimin oğlu, kiminsə qardaşı ölüb. Lakin bilmək lazımdır ki, əgər biz sülh və düzgün yaşamaq istəyiriksə, barışmalıyıq. Hətta ermənilər Qarabağda qalsalar, bu, bölgədə sülh deməkdir. Çünki ən gözəl variant elə budur. Sosial şəbəkələrdə çox nahaq fikirləşirlər. Qarabağda sülhü ermənilərlə orada yaşamağından keçir”, - deyə N. Cəfəroğlu münasibətini bildirib. 

Hüquq müdafiəçisi xatırladıb ki, 44 günlük müharibə zamanı Xankəndiyə girmək imkanımız olmuşdu: 

“Amma biz müharibəni çox əxlaqla apardıq, camaata dəymədik. Ona görə ermənilər deyə bilmirlər ki, biz müharibə vaxtı onların sıravi insanlarını öldürmüşük. Amma onlar bunu edib, bu, əlimizdə bir faktdır. Onlar bizim kəndləri yandırıb, mülki camaatı öldürüblər. Ermənilər bunu nəzərə almalıdır. Ermənilər bizimlə yaşamaq üçün ölürlər, amma sülhün bərqərar olması üçün, uşaqlarımız ölməsin deyə, onlara bəzi şansları tanımalıyıq. Lakin sadaladıqlarım bizim qanunlarımız çərçivəsində olmaq şərti ilə.

Hər kim ki Azərbaycanı sevirsə, bu addımı artıq atmalıdır. Uşaqlarımız üçün atmalıyıq”. 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR