Kaspşik Azərbaycanla sərhədə gəldi...
25 avqust, 2023 12:54
ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmaninin şəxsi nümayəndəsi Anjey Kaspşik onun tapşırığı ilə Ermənistanın Azərbaycanın Laçın rayonu ilə həmsərhəd Kornidzor kəndinə baş çəkib.
Ermənistan mətbuatı xəbər verir ki, o, mövcud vəziyyətlə tanış olub.
Qeyd edək ki, Kaspşik avqustun 22-dən Ermənistanda səfərə gəlib. Osmani Kaspşikə Laçın dəhlizindəki vəziyyəti öyrənmək və ona raport verməyi tapşırıb.