Əksər ölkələr "TikTok"dan imtina edir - Azərbaycanda niyə fəaliyyəti genişlənir?

01 sentyabr, 2023 12:10

Daha bir ölkədə TikTok-a qadağa qoyuldu. Qırğızıstan Mədəniyyət, İnformasiya, İdman və Gənclik Siyasəti Nazirliyi ölkədə TikTok-un fəaliyyətinin dayandırılması ilə bağlı qərar verib. 

Qərarın qanunvericilik çərçivəsində reallaşması üçün artıq Rəqəmsal İnkişaf Nazirliyinə müraciət göndərilib. Uşaqların psixi inkişafına və sağlamlığına mənfi təsir göstərən “TikTok” sosial şəbəkəsinin zərərli təsirləri ilə bağlı şikayətlər artdığı üçün ölkə platformaya qadağa qoymaq qərarına gəlib. 

Bu sosial şəbəkədə qeyri-qanuni əməllər - narkotik və pornoqrafiya təbliğ olunduğu üçün artıq bir sıra ölkələrdə qadağan olunur. TikTok sosial media formasına ayrı-ayrı vaxtlarda Seneqalda, Somalidə, Hindistanda, ABŞ-da və Ermənistanda da məhdudiyyət qoyulub. Qeyd edilən ölkələr gənclərin həyatına mənfi təsir göstərən sosial media platformasının bağlanmasını vacib hesab edirblər. 

Böyük Britaniyada isə bu platformadan istifadəyə yalnız Xüsusi Təyinatlı Qüvvələri hərbçilərinə qadağa qoyulub. Qadağanın təhlükəsizlik məsələləri ilə bağlı olduğu deyilir. Belə ki, TikTok-dakı məlumatların Çin və Rusiya kimi ölkələrə ötürülə biləcəyi ehtimal edilir. 

Yeri gəlmişkən, ABŞ-da da TikTok-un fəaliyyətinə qadağa qoyulması təhlükəsizlik məsələləri ilə əlaqələndirilir.

Belə ki, ABŞ Senatı TikToku yasaqlayan qanun layihəsini təsdiqləyib. Yeni qəbul olunan qanuna görə, dövlət orqanlarında, büdcə təşkilatlarında çalışan amerikalılara TikTok tətbiqini yükləmək və özlərinə məxsus telefonda ondan istifadə etmək qadağandır. 

ABŞ Senatı hesab edir ki, TikTok platforması ona abunə olan şəxslərə aid bütün bilgiləri və digər məlumatları əldə etmək imkanına malikdir. Bu məlumatlar isə Çin kəşfiyyatına ötürülür. Bu da Amerikanın milli təhlükəsizliyinə təhdid təşkil edir.  Bu səbəbdən də dövlət qurumlarında çalışan amerikalılar öz cihazlarına TikTok endirə bilməzlər. 

Azərbaycanda isə əksinə TikTok sosial şəbəkəsi ən çox istifadə edilən platformalardan biridir. Sosial platforma həmçinin bir çoxları üçün qazanc mənbəyinə çevrilib. Xüsusən gənclər, bu platformada özlərini ifadə edir, şöhrət və pul qazanırlar. 

Xatırladaq ki, bir müddət öncə zərərli təsirlərini nəzərə alaraq, Azərbaycan dövləti TikTokun yayımını  ölkəmizdə məhdudlaşdırmışdı. Amma bu, müvəqqəti xarakter daşıdı və platformanın fəaliyyətinə yenidən imkan verildi. 

Ekspertlərin fikrincə, Azərbaycanda bu platformadan əxlaqsız, qeyri-qanuni və qeyri-münasib məzmunda istifadə edilir ki, bu da yeniyetmə və gənclərin həyatına mənfi təsir göstərir. Hətta ailə institutu sıradan çıxır.

TikTok həm də gənc ailələr arasında boşanma tendensiyasının güclənməsində rol oynayır. Üstəlik Azərbaycanda bir çoxları tərəfindən “bayağı videoların paylaşıldığı məkan” kimi tanınan bu platforma bir sıra insidentlərlə də yadda qalıb. Bu sosial şəbəkədən daha çox gənclər və uşaqlar istifadə etdiyi üçün gələcəyimiz təhlükə altındadır. 
Maraqlıdır, Azərbaycanda TikTok-dan istifadəyə nəzarət edilirmi? Ümumiyyətlə, ölkələrin imtina etdiyi bu platformanın ölkəmizdə də girişinə məhdudiyyət qoyulması nəzərdə tutulurmu? 

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi Ləman Hüseynzadə bildirib ki, hazırda “TikTok” sosial şəbəkəsinə girişin ölkə ərazisində məhdudlaşdırılması barədə hər hansı qərar qəbul edilməsi nəzərdə tutulmur:

“Sosial şəbəkələrdə istifadəçilər tərəfindən edilən paylaşımlar həmin sosial şəbəkələrin inzibatçıları tərəfindən müəyyən edilmiş qayda və şərtlərlə tənzimlənir.

Həmçinin, gələcəkdə “Tik-Tok” sosial şəbəkəsinin Azərbaycan seqmentinin istifadəçiləri üçün məzmun keyfiyyətinin artırılması ilə bağlı layihələr həyata keçirilməsi nəzərdə tutulur”.

Qeyd edək ki, 11 il əvvəl çinli sahibkar Yanq Yiminq “ByteDance” adlı proqram təminatı şirkətini yaradıb. Bundan 5 il sonra şirkət “TikTok” tətbiqini təqdim edib. Cəmi 6 il əvvəl istifadəyə verilən sosial media artıq 1 milyarddan artıq istifadəçiyə sahibdir.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI