Dövlətin tələbələrə yataqxana tikməyə pulu yoxdur, yoxsa...

04 sentyabr, 2023 16:28

Sentyabrın 15-də yeni tədris ili başlayır. Regionlardan Bakıdakı ali məktəblərə daxil olan tələbələr artıq bu şəhərə üz tutmağa başlayıblar. Amma onların bir çoxu özlərinə kirayə ev tapmaq məcburiyyətindədirlər.

Paytaxtdakı əksər universitetlərin yataqxanalarında illərdir məcburi köçkünlər məskunlaşıb, bəziləri isə tam köhnəlib və yararsız hala düşüb. Üstəlik, Rusiyanın Ukraynaya təcavüzü və bu üzdən həmin ölkələrdən Azərbaycana bir çox insanların gəlişinin kirayə bazarında qiymətlərə təsir etdiyi deyilir. Bəzi söhbətləşdiyimiz maklerlərin deməsinə görə, Bakıda hazırda 450 manatdan ucuz normal kirayə ev tapmaq müşkül məsələdir. Ölkədə minimum əməkhaqqı isə cəmi 345 manatdır.

Rəsmi məlumata görə, ölkə üzrə ali təhsil müəssisələrində oxuyan tələbələrin təqribən 2.5 faizi yataqxanalarla təmin edilir. Təhsil Nazirliyinin tabeliyində olan dövlət ali təhsil müəssisələrinin 53 yataqxana binası var və onlardan yalnız 16-sının təmirli olduğu deyilir. Son illərdə yalnız bir yataqxana - Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ərazisində 800-nəfərlik yataqxana tikilərək istifadəyə verilib.

Məsələ ilə bağlı Elim və Təhsil Nazirliyi ilə danışmaq mümkün olmayıb. Amma Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov da Turana bildirib ki, indi Azərbaycan təhsilinin ən böyük problemlərindən biri məhz yataqxana məsələsidir: "Xüsusilə də bu il kirayə evlərinin qiyməti daha da fantastikdir və bu, tələbələr üçün problemlər yaradır. Bunu nəzərə alaraq biz ən qısa zamanda yataqxanalar problemini həll etməliyik. Əlbəttə, birdən- birə bu məsələnin həlli çətindir, amma ən azından hansısa müəyyən işlərə biz başlamalıyıq".

Deputatın sözlərinə görə, yeni qəbul olunacaq "Ali təhsil haqqında" Qanunda sosial yataqxanaların yaradılması nəzərdə tutulur: "Hesab edirəm ki, bu önəmlidir. Ona görə də biz çalışmalıyıq ki, bu qanun tez bir zamanda qəbul edilsin".

Tələbə Güc Mərkəzinin sədri Fərid İmanov isə AzadlıqRadiosuna bildirib ki, təhsil dövlətin öhdəliyidir və bu problemin də həllində dövlət məsuliyyət daşıyır: "Dövlət universitetlərinə qəbul olan tələbələr üçün pulsuz, yaxud güzəştli şərtlərlə keyfiyyətli yataqxanaların tikilməsi və ya barınma problemini aradan qaldırmaq üçün müəyyən kriteriyalara uyğun yaşam təqaüdünün verilməsi bu problemin qismən həllinə nail ola bilər. Ümumi həllin isə kommersiya məqsədli təhsil sisteminin köklü şəkildə dəyişməsi ilə mümkün olacağı aşkardır".

Onun sözlərinə görə, dövlət tələbələri sanki Allahın ümidinə buraxıb: "Təqaüd miqdarı heç yaşam xərcini qarşılamayan, yarıdan çoxunun təqaüd almadığı bu tələbələr barınma və yaşam xərcini qarşılamaq üçün günün 12-13 saatı işləmək məcburiyyətindədirlər. Danışılan, amma gözlə görünməyən inkişaf tələbələrin çəkdiyi bu problemlərə çarə ola bilmir".

F.İmanov problemi tək dövlətin maliyyə sıxıntısında görmür: "Yataqxanalarda qalan tələbələrin bir-birini tanıdıqdan sonra kommunikasiyanın artması və onların təşkilatlanma ehtimalıdır. Buna görə də bu problem illərlə danışılsa da, həll edilmir".

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR