Əsgərov getdi, AZAL-da nə dəyişəcək?

06 sentyabr, 2023 17:42

“Məlum olduğu kimi, prezidentin müvafiq sərəncamı ilə Cahangir Əsgərov “Azərbayc­an Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib. Əslində BUTA törəmə şirkətinin AZAL-a birləşdirilməsindən sonra bu qurumda rəhbərliyin dəyişəcəyi gözlənilən idi”.

Bunu bakupost.az -a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, oktyabrın 1-dən "Buta" vahid brend altında, AZAL-ın tərkibində fəaliyyət göstərəcək:

"Hələ aylar öncə belə bir ehtimal var idi ki, AZAL­da yeni struktur və idarəetmə dəyişiklikləri olacaq. Hətta AZAL-ın işi dövlət başçısı səviyyəsində tənqid olunurdu. Amma struktur və idarəetmə islahatları olmadan kadr dəyişikliyinin nəyisə müsbətə doğru dəyişəcəyinə inam azdır. Əgər AZAL-ın yeni rəhbərliyi yeni konsepsiya ortaya qoyacaqsa, onda dəyişikliyə ümid etmək olar. Yox, əgər yeni konsepsiya olmasa, onda heç nə dəyişməyəcək Hesab edirəm ki, artıq AZAL-ın idarəetmə fəlsəfəsi dəyişməlidir”.

N.Cəfərli deyib ki, AZAL Azərbaycanda təyyarə uçuşları üzrə inhisarçıdır:

“Azərbaycanda bir neçə hava limanı var. Ancaq onların heç biri fəaliyyət göstərmir. Halbuki, xarici şirkətlər həmin hava limanlarının haba çevrilməsi üçün dəfələrlə müraciət ediblər. O cümlədən də "Pegasus". AZAL-ın inhisarçı mövqeyinə görə bu, mümkün olmayıb. Onların fəaliyyətinə icazə verilməyib. Hesab edirəm ki, AZAL inhisarçı mövqeyindən çəkinməli, regionda rəqabətli mühitin formalaşmasına şərait yaratmalıdır. Regionlarda boş qalan hava limanları digər şirkətlərin idarəetməsinə verilməlidir. Bu zaman biletlərin ucuzlaşması prosesi baş verər və narazılıqlar da aradan qalxar. Çünki, əhalinin ən çox narazılıq etdiyi məsələlərdən biri məhz aviabiletlərin baha olmasıdır. Artıq AZAL xarici şirkətlərin ölkədə işləməsinə şərait yaratmalıdır. Yerüstü xidmətlər tenderlərlə xarici şirkətlərə verilməlidir".

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR