İcra başçısı və müavinləri ərazini iş adamına satıblar - İsmayıllıda yaylaq "alveri"

13 sentyabr, 2023 15:08

Ağsu rayonu Ərəbuşağı kənd sakini Azər Mürsəlovun 22 ildir istifadə etdiyi, heyvanlarını apardığı yaylaq torpaqları əlindən alınıb.

Bu barədə Bakupost.az –a şikayət edən 66 yaşlı kənd sakini deyir ki, həmin ərazini icra başçısı Nahid Bağırov və müavinləri iş adamına veriblər: “Şamaxı rayonun Dəmirçi kəndi yaxınlığındakı yaylaq torpağı mənim 22 ildir, getdiyim ərazidir. Hər il yüzlərlə heyvanımı oraya aparmışam.

İsmayıllıda Göyüşov Ədalət deyilən iş adamı var. Həmin adamın “əli uzundur”, sözü hər yerdə keçir. İcra başçısından xahiş edib, sözü keçib, nə edib bilmirəm, həmin ərazi verilib ona.

İcra başçısının qəbulunda da olmuşam. O da mənə dedi ki, ağsaqqal, sizin haqqınızda informasiya çatıb. Yoldaşlarla məsləhətləşib çalışarıq yaylağa geri qaytaraq.

Daha sonra həmin əraziyə getdim. Ədalət Göyüşovun qardaşı İsmayıllı icra başçısının müavini Şahin müəllim, polis kapitanı Rəhim Bədəlov gəldilər məni qorxutdular. Dedilər, qanunsuz gəlmisən 4 il həbs, 8 min cərimə olunacaqsız.

Məcburi heyvanlarımı çıxartdılar. Xeyli heyvanım tələf oldu.

22 ildir mənim qoyunum yaylağa gedib, aranda qalıb. Bu il mənim nə qədər heyvanım qırıldı, xəstəliyə düşdü”.

A.Mürsəlov bildirib ki, dəfələrlə icra hakimiyyətində qəbulda olub, amma heç bir kömək edilməyib:

“Avqust ayında 5 dəfə icra hakimiyyətində oldum. Heç kim qəbul etmədi.

 

Mən Prezident İlham Əliyevə, Mehriban Əliyevaya, Baş prokuror Kamran Əliyevə də məktub göndərdim.

Prezident aparatında qəbul şöbəsində də oldum. Ağali Əhmədov məni qəbul etdi. Orada telefonla başçının müavini Mahmud müəllimə zəng etdi ki, bu ağsaqqalın məsələsini həll edin.

Ayın 3-ü Mahmud müəllimlə, Şahin müəllim məni qəbul etdi. Dedilər ki, həmin ərazini Ədalət Göyüşova vermişik. Sənə başqa yerdən ərazi verəcəyik. Məni aldatdılar. Olmazın zülmünü etdilər. Ədalət Göyüşüovun puluna görə 22 illik yay otlaq sahəmi ona veriblər.

İsmayıllı rayonu son zamanlar yaylaq alveri ilə məşğuldur. Yandakı ərazilərdə heyvan olmur, amma arendaya verib pulunu icra başçısı ilə bölüşürlər.

Nahid Bağırovun görüşündə oldum, məni başa saldı, dedi ki, qaytaracağıq. Sonradan müavinlər Şahin, Eyyub müəllim Ədalətin puluna görə məni tapdalıyırlar. Günahım varsa, məsuliyyətə cəlb etsinlər.

22 ildir oraya gedib-gəlirəm. Ədalət Göyüşovun sözü ilə ərazini əlimdən alıblar. Məndə olan məlumnata görə, həmin ərazidə fövqəladə tikinti ilə məşğuldurlar”. 

Məsələ ilə bağlı İsmayıllı rayon İcra Hakimiyyətinə sorğu ünvanlasaq da, cavab olmadı.

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR