Zakir Fərəcov vətəndaşlara, sahibkarlara, hətta dövlətə meydan oxuyur?!
Maşallah, göz dəyməsin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ölkə mediasının gündəmini zəbt edib, haranı, hansı saytı açırsan icra başçısının fəaliyyətini əks etdirən mövzulara rast gəlirsən.
Amma icra başçısı haqqında sayı-hesabı bilinməyən, bəd əməllərdən bəhs edən bu yazılarla tanış olduqca, bu cür rusvayçı gündəmdə olan "qəhrəman"ın halına acımaya bilmirsən...
Hansı saytı, qəzeti, teleqram kanalını, Instagram səhifəsini, digər virtual aləm subyektlərini açırsan, dərhal Zakir Fərəcovun yüksək vəzifə tutan şəxsə, ağsaqqala, ziyalı adına yaraşmayan törətdiyi ciddi haqsızlıq hallarına, hətta cinayət hadisələrinə rast gəlirsən və özünü Sumqayıt kimi ölkənin ən mötəbər şəhərlərindən birinin rəhbər kimi yox, özünü "reket" kimi aparan icra baaşçısının hərəkətlərinə məəttəl qalırsan...
Azərbaycanda cinayətkar məmurların sırası o qədər də sıx deyil, lakin bu tip məmurların törətdiyi bəd əməllərin miqyası elə böyük rezonans yaradır ki, sanki ölkənin bütün məmurları rüşvətxor və dələduzdur. Hazırda Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun törətdiyi bəd əməllərilə mediada yaxından tanış olanda, dərhal hazırda məhbəsdə yatan icra başçıları arasında olmalı olan sabiq vəzifəlilərdən biri, bəlkə də, biri olduğunu xatırlayırsan…
Sumqayıtda məmur özbaşınalıqları ilə qarşılaşan ölkə vətəndaşlarının, iş adamlarının şikayətləri əsasında müstəqil media orqanlarında cənab Z. Fərəcov haqqında gedən yazılar az qala həndəsi silsilə çoxalır. Təəssüf ki, bu yazıların mövzusunu daha çox icra başçısının hegemonluğu, sahibkarları daha dözülməz duruma salması, sıravi vətəndaşlara, hətta dövlətə meydan oxunması təşkil edir. Adam bu yazıları oxuduqca, inanmağı gəlmir ki, İlham Əliyev kimi, güclü Ali Baş Komandanın Prezidenti olduğu ölkədə Zakir Fərəcov kimi, insanlara, sahibkarlara və dövlətə qarşı əzazillik edən məmur da var!!!
Yazılarda ən çox yer alan iddialardan belə nəticə çıaxmaq olur ki, Zakir Fərəcov ölkənin böyük bir şəhərini sözün əsl mənasında şəxsən müəyyən etdiyi "oğru dünyası"nın dələduzluq qanunları ilə idarə edir. İnsanların, iş adamlarının yuxarı dövlət orqanlarına ünvanladığı şikayət məktublarını, heç nədən çəkinmədən, Z. Fərəcov ictimaiyyət qarşısında “tualet kağızı” hesab etdiyini çox həvəslə deyir və sanki ölkə qanunlarını saymadığını xalqa nümayiş etdirir…
Cumhuriyyət.az, araz.az, Nuh.az, “Yenixeber.org” və digər saytların səhifələrində yer alan yazıları oxuduqca, Sumqayıtın icra başçısı Zakir Fərəcovun bəd əməllərindən bəhs edən şikayət məktubları ilə tanış olduqca, hiss olunur ki, bu boyda həngamənin icra başçısının fəaliyyətinə heç bir təsiri yoxdur.
Sahibkarların Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə ünvanlandığı şikayət mətublarının icra başçısının sahibkarlara qarşı etdiyi haqsızlıqlara zərrəcə təsiri hiss edilmir. Barəsində sayı- hesabı bilinməyən şikayət məktublarında ifadə olunan ağır hallardan rəhbər kimi özü üçün normal nəticə çıxarıb, fəa məmurun həddini aşdığı aydın görünür…
Başçı Sumqayıt sahibkarlarına "belə zülm edir"
“Çörək bol olarsa, basılmaz vətən" ifadəsi hələ sovet dönəmində çox dəbdə idi. Bəli, doğrudur ki, sovet imperiyası özünü nə qədər güclü göstərməyə çalışsa da, çörəyin bol olmasını xalqın rifah halını yaxşılaşdırmağın yeganə yolu olduğunu təsdiq edirdi və “çörək bol olarsa, basılmaz vətən" şüarı ilə bilavasitə, sahibkarlığın inkişaf edirilməsini zəruri sayırdı...
Çağdaş müstəqil Azərbaycan dövlətində də iqtisadiyyatın inkişafında sahibkarlığın rolu və əhəmiyyəti haqqında çox danışmaq olar. Lakin cənab ölkə Prezident İlham Əliyev hər zaman sahibkarlığa, sahibkarlara dövlət dəstəyinin, onlara göstərilməli olan məmur qayğısının vacibliyini çıxışlarında hər dəfə təkrar edir. Cənab Prezidentin sahibkarların hüquqlarının pozulması hallarına qarşp daim çox həssas yanaşdığının hər birimiz şahidik.
Təəssüf ki, ölkə Prezidenin sahibkarlıq siyasətinə biganə yanaşan, hətta bu siyasəti qəbul etməyən, sahibkarlığın inkişafına mane olan yüksək vəzifəli məmurlar hələ də var. Fəaliyyətində mövcud olan nöqsanlar barədə çoxsaylı şikayətləri nəzərə alaraq, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun bu tip məmurların önündə yer aldığını tərəddüd etmədən demək olar…
Yuxarıda qeyd etdiyimiz şikayət məktublarından, eləcə də google üzərindən apardığımız araşdırma nəticəsində məlum olur ki, sahibkarlara müxtəlif saxta ittihamla “torba tikən”, haqqını yeyən, hətta həbs etdirən Sumqayıtın icra başçısının fəaliyyətində dələduzluqla eyni mahiyyət təşkil edən amillər çoxdur.
Sahibkarı aldadıb iri layihələri icra etdirib, pulunu verməyən adam, kim olur olsun, hansı vəzifəni tutur tutsun, ona yalnız bir ad uyğun gəlir - dələduz! Maraqlıdır ki, Fərəcov həbs etdirdiyi sahibkar və iş adamlarına həm düşmənçilik edir, həm də onlarla təkrar layihələri icra etdirməklə, əməkdaşlıq edir?!
Sahibkarların bildirdiyinə görə 7 ilə yaxındır ki, Zakir Fərəcovun dəvəti və təklifi ilə Sumqayıt şəhərində konkret olaraq, bir sahibkar məşhur Dənizkənarı Bulvar, Şəhidlər Xiyabanını və digər layihələri vaxtında, yüksək səviyyədə başa çatdırsa da, haqq etdiyi vəsaiti hələ də ala bilmir. Söhbət ərazisi 105 hektar olan Dənizkənarı Bulvardan, Şəhdilər Xiyabanından, Heydər Əliyev prospektindən, şəhərə girişin sağ və sol tərəfinin qurulub, abadlaşdırılmasından, S. Vurğun, Nizami və C. Cabbarlı küçələrinin, “Muğanbank”ın qarşısındakı parkın tikib, abadlaşdırmaqdan gedir.
Yeddi ildir ki, görülən işlərin qarşılığında, hissə-hissə ödənilməklə, hazırda Sumqayıtın icra başçısı tərəfindən ödənilməli olan 2.850.000 manat borc hələ də “qalıb”. Dövlət büdcəsindən bütün bu layihələrin gerçəkləşməsi üçün müxtəlif tarixlərdə lazımı vəsait ayrımasına baxmayaraq, icra başçısı bu borcu ödəmir.
P. S. Yazı mətbuat üzərindən aparılan araşdırma nəticəsində tərtib olunub.
P. P. S. Adı çəkilən vəzifəli şəxslərin mövqeyini dərc etməyə hazırıq
Paralel.az