Bir qrup separatçı Xankəndidə atəş açdı
21 sentyabr, 2023 13:37
Bu gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş keçirilib.
Bunun fonunda Xankəndidə silahı yerə qoymaq istəməyən bir qrup erməni separatçı atəşlər açmağa, pozuculuğa cəhd göstərməyə davam edir. Bu barədə teleqramın erməni seqmentində videolar yayılıb.
Onu da qeyd edək ki, teleqramda ermənilərin Xankəndidə mülki əhaliyə silah verməsi ilə bağlı da görüntülər yayılıb.