Marukyan onları ittiham etdi - "Qarabağdakı erməniləri qorumadılar"
25 sentyabr, 2023 14:18
Ermənistan baş nazirinin xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan dünya ictimaiyyətinin onları tək qoymasından şikayətlənib.
Erməni mediası xəbər verir ki, bu barədə o, "X" mikrobloqunda status yazıb.
"Biz etiraf edirik ki, Rusiya sülhməramlı kontingenti 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat əsasında ermənilərin Qarabağda dinc mövcudluğunu qorumayıb. Biz etiraf edirik ki, ABŞ, Aİ və bütün digər beynəlxalq təşkilatlar Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizlik təminatlarını təmin edə bilməyiblər. Halbuki adı çəkilən dövlətlər və qurumlar onların hüquqlarının beynəlxaq mexanizmlərlə qorunacağını vəd edirdi", - deyə Marukyan qeyd edib.