Ararat Melkumyan Laçın yolunda saxlanılıb

03 oktyabr, 2023 10:32

Özünü buraxmış qondarma “Dağlıq Qarabağ respublikası”nın “milli təhlükəsizlik şurasının direktoru” Ararat Melkumyanın “Laçın” sərhəd-keçid məntəqəsində həbs edildiyi barədə məlumat yayılıb.

Bununla bağlı ilk məlumatı ermənilərin “MediaHub” saytı yayıb.

A.Melkumyan general-mayor hərbi rütbəsinə malikdir.

Erməni tərəfi hələlik Melkumyanın həbsi xəbərini rəsmən təsdiqləməyib.

Qeyd edək ki, Ararat Melkumyan 2023-cü ilin yanvarında Qarabağdakı erməni separatçı-terrorçu dəstənin başçısı Arayik Arutyunyan tərəfindən qondarma “Artsax rejimi”nin “təhlükəsizlik direktoru” Vitali Balasanyanın yerinə gətirilmişdi.

Onun Arayik Arutyunyanın yaxın dostu olduğu da bildirilir.

Ararat Melkumyan 1973-cü il fevralın 1-də Xocavənd rayonunun Qırmızı Bazar kəndində anadan olub.

Separatçılar arasında nüfuzlu hərbçilərdən sayılır. Melkumyan 1990-cı illərdən Qarabağdakı separatçı hərakata qoşulub. O, həm 2016-cı ilin dörd günlük aprel müharibəsində, həm də 2020-ci ildəki 44 günlük müharibədə Azərbaycana qarşı döyüşüb.

Ararat Melkumyan 2022-ci il sentyabrın 13-də Ermənistanla sərhəddə gedən döyüşlərdə də Azərbayacan qarşı vuruşub. Belə ki, onun həmin döyüşlərə  Qarabağdan hərbi təlim keçmiş bir dəstə apardığı bildirilir.

Melkumyan 2020-ci ildəki 44 günlük müharibədə Azərbaycana qarşı döyüşdüyünə görə qondarma “Artsaxın milli qəhrəmanı” adı alıb.  

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR