Qalmaqallı həkim Cahid Şahbazovdan əxlaqsız hərəkət - Qarabağ qazisinin qızına sataşıb

04 oktyabr, 2023 14:13

Bakıda tanınmış “Kaddeh” restoranında xoşagəlməz hadisə yaşanıb.

Məşhur göz həkimi Cahid Şahbazov içkili halda restoranda davaya səbəb olub.

Belə ki, o, Birinci Qarabağ müharibəsi qazisinin qızı Günel Məmmədovaya (ad və soyad şərtidir-red.) qarşı əxlaqsız hərəkətlər edib. Günel Məmmədova özü bu haqda saytımıza məlumat verib:

“Xalq artisti Aygün Kazımovanın pərəstişkarı olduğuma görə, dünən “Kaddeh” restoranındakı çıxışı üçün bilet aldım. Aygün xanım ifa edən zaman ona yaxınlaşaraq videoya çəkməyə başladım. Daha sonra Cahid Şahbazov gəldi və mənə toxundu. Əvvəl düşündüm ki, insandır, keçərkən istəmədən toxuna bilər. Lakin yanılmışam. Adam məni tanımadan qucaqlamağa başladı. Mən onu rədd etdikdə isə “izin verməyəcəkdinsə, bura niyə gəlirdin” dedi. Onu itələyib, uzaqlaşdım və dərhal yoldaşıma zəng etdim”.

G.Məmmədova deyir ki, restoran sahibi həkimi oradan uzaqlaşdırmaqdan imtina edib:

“Yoldaşım restorana gəldikdə artıq özümdə deyildim. Çox qorxmuşdum. Həm də dalaşmışdım deyə təzyiqim yüksəlmişdi. Restoran sahibindən həkimin bu hərəkətindən sonra niyə onu kənarlaşdırmadığını soruşduqda “Onlar 20 nəfərlik masa götürüblər, qova bilmərəm” dedi. Hadisə yerinə polis və təcili yardım briqadası gəldi. Təəssüf ki, restoran sahibi Cahid Şahbazovu deyil, bizi oradan uzaqlaşdırdı. Yoldaşıma restorana daxil olmağa icazə vermirdi, əksinə, işçilərə yoldaşımı uzaqlaşdırmağı tapşırırdı. Sağ olsun polislərimiz, gəlib Cahid Şahbazovu bölməyə apardılar”.

Cahid Şahbazovun və “Kaddeh” restoranının rəhbərliyinin mövqeyini dərc etməyə hazırıq.

Globalinfo.az

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR