"Qarabağdakı antiterror tədbirlərinə görə maaşımızdan 100 manat kəsildi"

23 oktyabr, 2023 11:25

““Qarabağda aparılan son antiterror tədbirlərinə maddi yardım” adı altında Şərur rayonundakı əksər dövlət idarə və müəssisə əməkdaşlarının hər birinin maaşından məcburi 100 manat tutulub”.

Bu barədə “Gündəlik Naxçıvan”a maaşı tutulan işçilərdən bir qrupu məlumat verib.

Onlar tutulan pulların rayon rəhbərliyi tərəfindən mənimsənildiyini iddia edirlər. Söhbət dövlət büdcəsindən maaş alan minlərlə işçidən gedir.
Rayondakı dövlət müəssisələrinin birində çalışan A. Bayramov deyir ki, öncə sentyabr ayının maaşları on gündən artıq yubadılıb. Maaşlar veriləndə isə məlum olub ki, onların hər birinin aylıq məvacibindən 100 manat kəsilib:

“Maaşım 600 manatdır. Sentyabr ayı üçün 500 manat verdilər. Səbəbini soruşanda  dedilər: “Qarabağda anti-terror tədbirləri görüldü, həmin pullar oraya, orduya dəstək üçün göndərildi”.

Lakin heç kim buna inanmır. Çünki, 44 günlük müharibə zamanı da orduya yardım edənlər olmuşdu. Sonradan bəlli oldu ki, yardım üçün verilən mal-qaranın, maddi yardımın heç də hamısı orduya göndərilməyib, böyük hissəsini rayon rəhbərliyi mənimsəyib.

Azərbaycan ordusu qüdrətli bir ordudur və büdcədən ora kifayət qədər pul ayrılır. Nəyə görə əlavə yardıma ehtiyac olmalıdır? Bu ad altında bizim pullarımızı mənimsəyirlər. Biz inanmırıq ki, przidentimiz belə bir işə qol qoya, bizim maaşlardan ordu üçün tutulmasına icazə verə. Aldığımız maaş onsuz da bizə yetmir”.

Adının çəkilməsini istəməyən başqa bir şikayətçi də maaşından tutulan pulun həqiqətən də orduya verildiyinə inanmır:

“Maaşlarımızdan 100 manat saxladılar. Öyrəndik ki, bütün idarə və müəssisələrdə işçilərin hər birindən bu qaydada pul yığılıb. On minlərlə işçi var. Biz ordumuza, dövlətimizə, əsgər və zabitlərimizə yardım etməyin əleyhinə deyilik. Daha da artığını etməyi özümüzə borc bilirik. Lakin, hər şey şəffaf olmalıdır. Verdiyimiz yardımın ünvanına çatdığından əmin olmalıyıq. Lakin bu əminlik yoxdur. Çünki, 44 günlük müharibə zamanı edilən yardımlarla bağlı ciddi söz-söhbət yarandı. Orduya verilən mal-qaranın bəzilərinin sonradan rayona rəhbərlik edənlərin fermasında olduğu bilindi”.

Şikayətçilər aidiyyəti qurumlara müraciət edərək, məsələnin araşdırılmasını, onlardan qanunsuz tutulan pulların geri verilməsini tələb ediblər.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR