"Azparking"in "dayanacaq xaosu" - Qanunlar necə pozulur?

01 noyabr, 2023 16:37

Bir neçə ay öncə paytaxtda dayanacaqla bağlı yenilik tətbiq ediləndə və “Azparking” yaradılanda hər kəs sevinirdi. Gözləntilər də böyük idi.

Birncisi, “parking mafiyası”ndan xilas olacaqdıq, daha hər əlinə dəyənək alan maşınların parklanmasından pul qazanmayacaq.

İkincisi, qayda-qanun yaranacaq və parking xaousuna son qoyulacaq.

Üçüncüsü, mobil tətbiqə malik olan “Azparking” pərakəndəliyi aradan qaldıracaq.

Dördüncüsü, parkingdən toplanan pullar kimlərinsə cibinə yox, dövlət büdcəsinə gedəcəkdi...

Bu siyahını uzada da bilərik, amma nəticə heç də gözlənilən kimi olmadı. Az keçmədi bütün bunların yalnız arzu olduğunu və arzu olaraq qalacağını anladıq. Bu gün “Azparking” sələfi olan “parking mafiyası”na rəhmət oxutdudur.

Normal məntiqə və qanunlara görə, əgər sizin avtomobiliniz varsa və parkinq qaydalarını pozmamısınızsa, problem yaranmamalıdır. Amma bu gün tam fərqli mənzərə yaranıb. İstənilən vaxt cərimə edilmək təhlükəsi var. “Azparking”in qalustuklu əməkdaşlarının taxdıqları qalustuklarının altından “paring mafiyası”ndan çox da fərqlənməyən simalar çıxır.

Bununla yanaşı, “Aparking”in yaranması ilə paytaxtın hər yeri parking yeri olaraq qəbul edilməyə başlayıb. Misal üçün, ofisinin, hətta eviniz qarşısı belə parkanma olaraq qeyd olunur, buna görə ödəniş tələb edilir, edilmədikdə cərimə yazılır. Bunu edənlər isə “Aparking”in qalustluklu əməkdaşlarıdır. Onlar dərhal avtomobilin fotosunu çəkir və cərimə tətbiqi üçün müvafiq ünvana yönləndirirlər. Müvafiq ünvan isə AYNA-dır... ​​​​​​​

O zaman sual yaranır: AYNA niyə bu işi həyata keçirmir, yaxud bütün bunlar qanuna nə dərəcədə uyğundur?

Üzləşdiyimiz vəziyyət, o cümlədən, eyni problemdən əziyyət çəkən sakinlərin şikayətləri və sosial şəbəkələrdə yayılan faktlar təsdiq edir ki, hazırda paytaxtda parking xaousu yaşanır.

“Azparking”in nə parkingə görə pulun toplanması, nə də cərimənin edilməsi işini həyata keçirə bilməz. Qanun buna imkan vermir. Çünki “azparking” publik hüquqi şəxs olaraq yaradılıb və onun əsas missiyası parking işinin normal təşkili olmalıdır. Parking yerlərinin müəyyən edilməsi, mobil tətbiqin daha keyfiyyətli işləməsini təmin etmək, pərakəndəliyin aradan qaldırılması və s. parkingə görə ödənilən məbləğ isə mobil tətbiq üzərindən edilməlidir. Amma “Azparking” MMC cərimə işinə də girişməklə öz nizamnaməsinə uyğun olmayan fəaliyyətlə məşğuldur.

Ümumiyyətlə, bir MMC-nin vətəndaşları cərimələməsi absurddur. Bunun heç bir hüquqi bazası yoxdur. “Azparking” isə qanunları kobud şəkildə pozaraq, vətəndaşları cərimələyir. 

Yayılan məlumatlara görə, toplanan pulların dövlət büdcəsinə transfer edilməsində də ciddi problemlər yaranıb. Belə ki, əvvəllər daha çox pul yığıldığı, indi isə bunun azaldığı deyilir, halbuki, nə parking yerləri, nə də parking qiyməti azalmayıb, əksinə artıb. Bu isə toplanan pulların mənimsənildiyi şübhəsini yaradır.

Belə görünür ki, parking xaosunu aradan qaldırmaq və qayda-qanunun yaradılması üçün fəaliyyətə başlayan “Azparking” paytaxt küçələrini “biznes obyektinə” çevirib, həm pul qazanır, həm də qanunu pozurlar.

Vaqif Hüseynli
Demokrat.az

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR