Deputatın milyonlarla vergi borcu olan şirkətini məhkəməyə verdilər

12 dekabr, 2023 12:08

78 saylı Lerik seçki dairəsindən millət vəkili seçilən İqbal Məmmədov tərəfindən təsis olunan “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinə qarşı məhkəmə iddiası qaldırılıb. Məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin icraatına verilib.

“Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsi barədə iddianı “Tekno Crusher” MMC qaldırıb. Məhkəmə iddiası alqı-satqı müqaviləsi üzrə mübahisələrlə bağlı qaldırılıb.

Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 45 min dollar olan “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsi 16 oktyabr 1996-cı ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Məmmədov Ramiz Fərman oğlu olan “Kaspi-Yıldız”ın hüquqi ünvanı “Nizami rayon, Özbəkistan, ev 24E”də yerləşir.

“Kaspi-Yıldız” barəsində iddia qaldıran “Tekno Crusher” MMC isə 2012-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 4 manat olan şirkətin qanuni təmsilçisi Padayev Nikolay İvanoviçdir. MMC mərkəzi ofisi Rusiyada yerləşən “Tekno Crusher” şirkətinə bağlıdır. Bu şirkət Azərbaycandan başqa İran və Qazaxıstanda da fəaliyyət göstərir. Şirkət mədən sənayesində istifadə olunan avadanlıqların istehsalı və satışı ilə məşğuldur.

Onu da qeyd edək ki, şirkətin təsisçisi 78 saylı Lerik seçki dairəsindən millət vəkili seçilən İqbal Məmmədovdur. 2019-cu ildə mətbuata verdiyi açıqlamada İqbal Məmmədov bildirib ki, o, 2010-cu ildə deputat seçildikdən sonra müəssisəyə rəhbərliyi qardaşına həvalə edib. Bir müddət “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinə rəhbərlik edən İqbal Məmmədovun qardaşı Asif Məmmədov isə 2006-2013-cü illərdə Balakən və Şamaxı rayonlarının İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.

Onu da bildirək ki, ötən ilin yanvar ayında “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin Türkiyə vətəndaşı olan təsisçilərindən biri Rafet Ekmekçioğlu özünə məxsus 50% payı İqbal Məmmədova verib. Nəticədə “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin təsisçisi 100% pay ilə millət vəkili İqbal Məmmədov olub.

İqbal Məmmədovun təsis etdiyi şirkət uzun zamandır dövlət büdcəsinə olan böyük miqdarda vergi borcuna görə mətbuatda müzakirə olunur. Hazırda “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin dövlət büdcəsinə 9 milyon 392 min 818 manat 93 qəpik vergi borcu var.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti daha əvvəl “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinə qarşı məhkəmə iddiası qaldırıb. Amma görünən odur ki, müəssisənin vergi borcu bu günə kimi ödənilməyib.

Bundan başqa Azərbaycanın ən böyük bankı hesab olunan “Kapital Bank” da (səhmlərinin 99,87%-i “Paşa Holdinq”ə məxsusdur) borc müqaviləsi üzrə mübahisələrlə əlaqəli olaraq millət vəkili İqbal Məmmədova, həmçinin Məmmədov Nəriman Qədir oğluna (deputatın atası), Məmmədov Çingiz Nəriman oğluna (deputatın qardaşı) və “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Birgə Müəssisəsinə qarşı məhkəmə iddiası qaldırıb(yeniavaz.com).

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR