Rövnəq Abdullayevin qudasının direktor olduğu şirkət ləğv edilir?

13 dekabr, 2023 11:51

Dövlət Vergilər Xidmətinə məxsus “Vergilər” qəzetinin rəsmi veb-saytında “Pirallahı” adlı şirkətin ləğv olunduğu barədə elan yerləşdirilib.

Dövlət Vergilər Xidmətinin reyester məlumatlarında qeyd olunan adda şirkət mövcud deyil.

“Vergilər” qəzetində yerləşdirilən elanda şirkətin təşkilati-hüquqi forması da (ASC, QSC, MMC və s.) qeyd olunmayıb.

Elanda qeyd olunub ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu Neftçilər pr., ev 153 ünvanına bildirə bilərlər.
Bildirək ki, həmin ünvanda da “Pirallahı” adlı şirkət qeydiyyata alınmayıb. Qeyd olunan ünvanda ölkənin ən böyük şirkətlərindən biri olan “Paşa Holdinq” yerləşir.

Ləğvetmə elanında mövcud olmayan “Pirallahı” adlı şirkətin VÖEN-i də qeyd olunub. Lakin, Dövlət Vergilər Xidmətinin reyester məlumatlarında bu VÖEN-in “AST Beynəlxalq Tikinti” MMC-yə məxsus olduğu göstərilir.

2007-ci ildə dövlət qeydiyyatına alınan “AST Beynəlxalq Tikinti” MMC-nin nizamnamə kapitalı 1000 manat təşkil edir. Hüquqi ünvanı Yasamal rayonu Nəriman Nərimanov pr., ev 55-də yerləşən MMC-nin qanuni təmsilçisi Əliyev Zeynal Hacıməmməd oğludur.

Qeyd edək ki, “AST Beynəlxalq Tikinti” MMC-nin Türkiyənin “DNT Holdinq” şirkətlər qrupuna məxsus olduğu bildirilir. Sözügedən şirkət Bakıda “Günəş” Uşaq evi və SOCAR VİP qonaq evi, həmçinin SOCAR-ın yanacaqdoldurma məntəqlərini layihələndirib.

Şirkətə rəhbərlik edən Zeynal Əliyevin isə SOCAR-ın sabiq prezidenti, iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevin qudası olduğu bildirilir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR