"Bizdən alınan rüşvəti 20 dəfə qaldırıblar" - Naxçıvanlı sahibkarlar

18 dekabr, 2023 15:28

Naxçıvanda topdansatışla məşğul olan bir qrup ticarətçi onlardan vergi adı altında iri məbləğdə pul tələb olunduğunu bildirir.

Sahibkarlar bu barədə “Gündəlik Naxçıvan”a danışıblar.

Onların sözlərinə görə, bu məbləğ ticarət dövriyyəsindən asılı olaraq, adambaşına illik 30-80 min manat arasında dəyişir.

Topdansatışla məşğul olan sahibkar T. Qasımov deyir ki, bu məbləğ bundan əvvəl 2-4 min manat arasında dəyişirmiş:

“Sahibkarlardan qanunsuz olaraq hər ay 200-500 manat pul alınırdı. Hər il ilin sonunda isə, dövriyyəyə uyğun olaraq, vergidən əlavə 2-4 min rüşvət şəklində yığılırdı. Bu il məbləğləri o qədər artırıblar ki, bunu ödəmək mümkün deyil. Axı bu, insafsızlıqdır. Bir ilin içərisində rüşvəti 20 dəfə qaldırıblar. Bu sahibkarın iflası deməkdir. Elə böyük topdansatış mərkəzləri var ki, onlardan 30, 40, hətta 80 min pul tələb olunur. Məcbur edirlər ki, verməlisiniz. İndi nə edəcəyimizi bilmirik. Sahibkarların hamısı təhdid altındadır”.

Adının çəkilməsini istəməyən digər sahibkar deyir ki, illik dövriyyəsi 300 min manat civarındadır. O bildirir ki, qanuni vergilərini hər ay artıqlaması ilə ödəsə də, indi ondan əlavə 30 min manat tələb olunur:

“Əvvəlllər ilin sonunda qanunsuz olaraq 2 min alırdılar. İndi 30 min manat istəyirlər. Belə çıxır ki, biz ancaq işləyib pulu bunlara verməliyik. Bizim də övladlarımız var. İndi keçiblər elekton sistemə. Hər şey şəffafdır və vergi hər şeyə nəzarət edə bilir. Mən qanunsuz heç bir iş görməmişəm. Tələb etmədikləri pulu verməyəndə də qanunsuz kameral yoxlama tətbiq edirlər. Lazım olmayan və əsassız sənədlər tələb edirlər. Bir il əvvəl Naxçıvandakı dəyişiklikdən sonra bütün sahibkarlar sevinirdik ki, artıq bütün qanunsuzluqlara son qoyulacaq, bizi incitməyəcəklər. Lakin əksinə oldu. Qanunsuzluqlar daha da artıb. Sahibkarları daha çox yükləməyə başlayıblar. Artıq boğaza yığılmışıq. Bunlardan canımı qurtara bilsəm fəaliyyətimi dayandırıb, Naxçıvanı tərk etməyi düşünürəm”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR