Oqtay Əsədovun şirkəti 250 milyonluq tender qazanıb

09 yanvar, 2024 15:53

Azərbaycan Mərkəzi Bankı “Arash Medical Company” Qapalı Səhmdar Cəmiyyəti barəsində inzibati protokol tərtib edib.

​​​​​​​Pravda.az-ın xəbərinə görə, protokol İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən yazılıb.

İş Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahovun icraatındadır.

Qeyd: Uzun illərdir Səhiyyə Nazirliyinin tibb avadanlıqları və ləvazimatlarının alınmasında “favorit” şirkəti “Arash Medical Company”dir. Nazirlər dəyişsə də, sözügedən şirkətin nazirliyin tenderlərindəki qalib mövqeyi dəyişmir. “Azpolitika.info” saytının bir müddət əvvəl yaydığı məlumatda qeyd olunur ki, “Arash Medical Company” heç də təsadüfən “tender kralı” hesab olunmur. Bu şirkət ləğv olunan “Araş Medikal” MMC-nin aktivləri əsasında təsis edilib. Şirkətin 2011-ci ildə yaradıldığı deyilir, amma hələ 2010-cu ilin müsabiqə reyestrlərinə əsasən, Tibb Universiteti yeni adı ilə ondan 917 173,54 manatlıq tibbi avadanlıqlar satın alıb. Ümumilikdə isə “Araş Medical” MMC və “Arash Medical Company” həmin il xüsusilə Səhiyyə Nazirliyi və digər qurumlardan 13 398 507,06 manat dəyərində 46 tender qazanıb. Təkcə bir ildə İnnovasiya və Təchizat Mərkəzinin xəttilə 7 399 455,98 manatlıq tender udub. Azərbaycan Tibb Universiteti də “Arash Medikal Production LTD” adlı şirkətdən 8 099 515,79 manatlıq Tədris-Terapevtik Klinikasının inventarlarını satın alıb. Həmin illərdən başlayaraq, şirkət səhiyyə sistemilə bağlı demək olar bütün böyük tenderləri qazanıb. Özü də təkcə tibbi avadanlıqların, ləvazimatların satışı və quraşdırılması deyil, xəstəxanaların tikintisi və təmiri ilə bağlı satınalmalar da bu şirkətə verilib. Bunun nəticəsi olaraq, şirkət təkcə 2019-cu ilə qədər ümumilikdə 250 milyon(!) manatlıq tender qazanıb. Sonrakı illərdə də eyni temp saxlanılıb. Təkcə ötən il şirkət 27 tender udub. Bu, hər aya 2 tenderdən artıq deməkdir. Bu ilin əvvəlindən də tenderlər üst-üstə qazanılmaqdadır və onların dəyəri ilk 3 ayda artıq 1 milyon manata yaxınlaşıb. Ötən il bu məbləğ 4.5 milyon manata yaxın olub. Mətbuatda gedən bəzi məlumatlarda göstərilirdi ki, şirkətin sahibi Milli Məclisin sabiq sədri Oqtay Əsədovun qohumudur. Əslində, Cavid Əsədov Oqtay Əsədovun yox, digər sabiq millət vəkili Hadı Rəcəblinin qohumu, daha konkret desək, bacısı oğludur. Sözsüz ki, bu amilin də “Arash Medical”ın “uğurlarında” əhəmiyyətli payı var. Ancaq “Arash Medical”ın tenderləri necə “udduğuna” dair daha dolğun və faktlara əsaslanan nümunə kimi Azərbaycanda fəaliyyət göstərən “Qardaşlar Mebel” QSC-nin ölkə başçısına, Səhiyyə, İqtisadiyyat və digər nazirliklərə, eləcə də hüquq-mühafizə orqanlarına məktubunu göstərmək olar. Məktubda deyilir ki, “Qardaşlar Mebel” QSC 2021-ci ilin sonunda Səhiyyə Nazirliyinin 3 böyük tenderini udsa da, onu qalib elan etməyiblər və milyonlarla dollarlıq tenderlər şişirdilərək başqa şirkətlərə, daha doğrusu məhz “Arash Medical”a verilib: “Şirkətimiz tərəfindən dəfələrlə bu məsələ ilə əlaqədar Səhiyyə Nazirliyinə ünvanlanan müraciətlərimiz təəssüf ki, cavabsız qalmışdır. Belə qənaətə gəlmək olar ki, həmin müsabiqələrdə nəzərdə tutulan şirkətin qalib olmaması Səhiyyə Nazirliyini çox narahat edir. Bundan irəli gələrək Səhiyyə Nazirliyi həmin müsabiqələrin nəticələrinin gələn ilə keçməsini və ayrılan vəsaitin dövlət büdcəsinə qaytarılmasına nail olaraq həmin tenderlərin ləğvini istəyir. Eyni zamanda bu müsabiqələrdə simvolik qiymət təklifi təqdim edərək kənarda qalan, amma bütün proseslərə özünün kənardan dəvət etdiyi “SEM-AZ” MMC şirkəti üzərindən həyata keçirən “ARASH” firması “ARASH MEDİCAL” MMC şirkətinin törəməsidir. “ARASH MEDİCAL” MMC-nin faktiki rəhbərinin isə Səhiyyə Nazirinin müavini və nazirliyin tender komissiyasının sədri Ağayev Elsevər Məmməd oğlu cənabları ilə yaxın qohumluq əlaqəsi vardır. Buna sübutu Səhiyyə Nazirliyinin Dövlət Satınalmalarının Vahid İnternet Portalının “Keçirilmiş müsabiqələr” bölməsinə daxil olmaqla görmək mümkündür. Həmin bölmədə nazirliyin bu tip satınalma predmeti üzrə keçirdiyi müsabiqələrin qalibinin yalnız “ARASH MEDİCAL” MMC olduğu qeyd olunub. Həmçinin həmin müsabiqələrdə ikinci şirkət olaraq hər zaman “SEM-AZ” MMC iştirak edir. Məhz buna görə də satınalan təşkilat üç müsabiqə üzrə yüksək, yəni 13736908.52 (on üç milyon yeddi yüz otuz altı min doqquz yüz səkkiz manat əlli iki qəpik) manat qiymət təklifi vermiş “SEM-AZ” MMC-ni qalib seçmək niyyətindədir. Eyni zamanda qalib olduğumuza baxmayaraq, Səhiyyə Nazirliyi müxtəlif yollarla müsabiqədə təqdim etdiyimiz qiymət təklifindən imtina etmək üçün bizə təzyiqlər göstərir. Üç müsabiqə üzrə qiymət təklifimiz 8580934.28 (səkkiz milyon beş yüz səksən min doqquz yüz otuz dörd manat iyirmi səkkiz qəpik) manat təşkil edir. Göründüyü kimi, qiymət təkliflərimizin qalib seçildiyi təqdirdə 5155974.24 (beş milyon bir yüz əlli beş min doqquz yüz yetmiş dörd manat iyirmi dörd qəpik) manat məbləğində vəsait dövlət büdcəsinə qaytarılacaq. Qənaət olan vəsaitin hesabına 44 günlük müharibədə düşmən tərəfindən dağıdılmış ərazilərin tezliklə bərpasına töhfə verilə bilər...”

Doğrudur, bu müraciətdən sonra sözügedən tenderlərin nəticələri ləğv olundu və həmin tenderləri “Arash Medical” uda bilmədi. Əslində, bu da gerçək rəqabət şəraitində bu şirkətin nəyə qadir olduğunun, qalib gələ bilmədiyinin bariz nümunəsidir. Ancaq maraqlı olan həm də budur ki, həmin müraciətə əsasən “Arash Medical”ın arxasından daha bir ad, özü də dəfələrlə korrupsiyada hallanan ad çıxır. Söhbət 1997-cü ildən Səhiyyə Nazirliyinin “Əczaçılıq və Tibb Sənayesi” EİB baş direktoru, 1999-cu ildən ötən ilin fevralına qədər, yəni 23 il(!) isə Səhiyyə nazirinin müavini vəzifəsini daşımış, nəticədə Azərbaycanın az qala ən imkanlı oliqarxlarından birinə çevrildiyi bildirilən Elsəvər Ağayevdən gedir. Məktubdan belə məlum olur ki, E.Ağayevin də “Arash Medical”ın “tender qələbələri”ndə ciddi rolu var. Əldə etdiyimiz məlumata görə, məktubda qeyd olunan, ancaq adı çəkilməyən “Elsəvər Ağayevin qohumu” isə Şamo Fərzəlibəyov adlı şəxsdir. Şamo Fərzəlibəyov Elsəvər Ağayevin qudasıdır. Heç yerdə adı keçməyən bu şəxs həm “Caspian International Hospital” və “BADAM MEDICAL CENTER” klinikalarının sahibidir. Yeri gəlmişkən, istər “Arash Medical”ın, istərsə də Elsəvər Ağayevin qudasının yuxarıda adı çəkilən “Caspian International Hospital” və “BADAM MEDICAL CENTER” klinikalarının qazandıqları milyonların qarşılığında vergidən yayınması ilə bağlı da bəzi iddialar var. Ancaq yəqin ki, bu və digər iddialar və açıq görünən faktlar yalnız “Arash Medical” və buna bənzər şirkətlərin dövlət satınalmalarını, tenderləri necə “udduqları” və necə “tender kralları”na çevrildikləri üzə çıxarılan zaman araşdırılacaq. Bu isə kifayət qədər çətin görünür...

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"