Azərbaycan ordusunun vəzifəli şəxsləri ehtiyata və istefaya göndərildi
12 yanvar, 2024 13:14
Azərbaycan ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə əsasən həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib.
Qeyd edək ki, ehtiyata buraxılanlardan biri müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı Ənvər Əfəndiyevdir. Onun yerinə general-leytenant Hikmət Mirzəyev təyin edilib.