BDU-da şübhəli qazanxana layihəsi - Təkcə avadanlıqları 2 milyona başa gələn qazanxanaya nə qədər vəsait xərcləcənəcək?

17 yanvar, 2024 13:13

Bakı Dövlət Universitetinin (BDU) ərazisində yeni qazanxana tikiləcək.

BDU artıq yeni tikiləcək qazanxana üçün avadanlıqların alınması ilə bağlı tenderə yekun vurub. Tenderin qalibi “A.E.S – Trading” MMC seçilib. Şirkətin təklifi 2 498 018,7 AZN-dir. Universitet bu məbləğə qaz detektetoru, drenaj nasosu, qazan, odluq, dövriyyə nasosu, isti su sistemi üçün resirkulyasiya nasosu, kimyəvi su təmizləmə qurğusu və s. avadanlıqlar alacaq.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “A.E.S-Trading” MMC 19 fevral 2-16-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ə.Qasımov küçəsi, ev 25-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əhmədov Elvin Valeryeviçdir.

Açıq mənbələrdə şirkət haqqında heç bir məlumat yoxdur. Elvin Əhmədov barəsində də hər hansı qeydə rast gəlinmir.

BDU-nun tenderi ötən ilin noyabrında elan edilib. Oktyabr ayında isə “A.E.S-Trading” MMC barəsində inzibati iş başlanıb. Şirkət barəsində bu tenderin qalibi seçilməmişdən əvvəl, daha dəqiqi ötən ilin oktyabrında inzibati iş başlanıb. Şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsi ilə ittiham irəli sürülüb.

Bu maddədə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.

İş baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. Nəticə barədə açıq mənbələrdə heç bir bilgi yoxdur.
Bundan başqa, şirkətin hazırda 1936 manat vergi borcu var.

“A.E.S-Trading” MMC dövlət satınalmalarında da fəal deyil. Dövlət satınalmalarının elektron portalındakı elanlardan məlum olur ki, şirkət yalnız bu yazıda bəhs etdiyimiz tenderin qalibi seçilib.

Beləliklə, BDU-nun populyar olmayan, maddi-texniki bazasının hansı vəziyyətdə olduğu bilinməyən, bir şirkətə milyonluq layihə həvalə edib. Bu isə universitetlə şirkət arasındakı sövdələşmədə hansısa qaranlıq məqamların olduğuna .şübhələri artırır.

BDU-nun rektoru Elçin Babayevdir. O, 2019-cu ildən universitetə rəhbərlik edir(reportyor.info).

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR