20 Yanvara dair vacib sənədlər Moskvaya aparılıb, onları qaytarmaq lazımdır

20 yanvar, 2024 14:58

“1990-cı ildə Milli Məclisdə 20 Yanvar faciəsi ilə bağlı komissiya yaradıldı və bu komissiya bir müddət işləyib müəyyən sənədləri üzə çıxardı. Lakin müvafiq komissiya işini axıra çatdıra bilmədi və bu barədə ciddi qərar qəbul edilmədi”.

Bu sözləri yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

O, 1990-cı ildə 20 Yanvar hadisələri bağlı yaradılan komissiyasının fəaliyyətindən və indiyədək Azərbaycan xalqına qaranlıq qalan məsələlərdən söz açıb.

V. Əhmədov xatırladıb ki, Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələndən sonra bu məsələyə bir daha qayıdıb və 20 Yanvarla bağlı ciddi müzakirələr başlayıb:

“Həmin ərəfədə çox ciddi bir sənəd də qəbul olundu. Həmin sənəddə bütün təqsirkarların adları bir daha səsləndirildi. O vaxtı Heydər Əliyev daha sonra baş prokurora tapşırıq verdi ki, bu işlər araşdırılsın. Prokurorluq bu faciə ilə əlaqədar araşdırmanı hələ də davam etdirir. Lakin mənə elə gəlir ki, 20 Yanvarla bağlı məsələləri araşdırılmasında müəyyən qədər irəliləyişə nail olmağa ehtiyac var”.

Deputatın sözlərinə görə, 20 Yanvara dair sənədlərin əksəriyyəti Moskvaya aparılıb:

“SSRİ dağılıb və Rusiya ilə danışıb o sənədləri Moskvadan gətirmək lazımdır. Bundan sonra axıra qədər analiz aparıb müəyyən etmək lazımdır ki, bu işdə başqa təqsirkar kimdir”.

“Qanlı yanvar” ifadəsinə toxunan deputat onu da əlavə edib ki, bu ifadə düzgün deyil:

“Çünki bu, bizim üçün zəfərin başlanğıcı idi və millətimiz öz iradəsini göstərdi. O sübut etdi ki, heç bir silahdan qorxmur və müstəqillik uğrunda ölümə getməyə də hazırdır. Mən həmin hadisələrin şahidi olub orada iştirak etmişəm. Çox yaxşı bir haldır ki, dövri mətbuatda hadisə ilə bağlı bir çox məqamlar öz əksini tapıb. Xocalı soyqırımı unudulmadığı kimi, 20 Yanvar da daim yaddaşlarda qalmalıdır. 20 Yanvar da, Xocalı soyqırımı kimi, SSRİ-nin Azərbaycana qarşı apardığı ölümcül siyasəti idi. O vaxt millət ölümlə üz-üzə qalmışdı. Məncə, bu məsələlərdə ovaxtkı rəhbərliyin təqsiri var idi. Yəni onlar bunun qarşısını ala bilərdi, amma hakimiyyətdə qalmaq üçün heç nə etmədilər. Bu, millətimiz üçün şanlı bir zəfərdir. SSRİ kimi bir dövlətin süqutunda məhz Azərbaycanın çox böyük rolu oynayıb. 20 Yanvarda bizə qarşı böyük terror hadisəsi törətdilər. Bu gün bunu Rusiyanın törətdiyini deyəndə, təkzib edirlər ki, yox, elə deyil. Amma reallıq budur ki, Rusiya həmişə Azərbaycana qarşı belə mövqedə olub. Onlar və bir sıra dövlətlər bu gün də müstəqilliyimizi qəbul edə bilmirlər”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR