Mədəniyyət Nazirliyi 2 kitabın nəşrinə 225 min manat xərcləyəcək

29 yanvar, 2024 15:26

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” MMC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Mədəniyyət Nazirliyinin keçirdiyi tender müsabiqəsinin qalibi “Banu” MMC (VÖEN – 1000212851) olub.

“Banu” MMC “Əsaslı Tikinti və Təchizat” MMC-nin sifarişi əsasında “İşğaldan azad edilmiş ərazilərdə erməni vandalizminə məruz qalmış məzarlıqlar və uçurulmuş qəbir abidələri” və “Məhv edilmiş mədəni irs və dağıdılmış abidələr” layihələri çərçivəsində iki kitabın nəşrə hazırlanması xidmətlərini həyata keçirəcək.

İki kitabın nəşrə hazırlanmasına görə “Banu” MMC-yə 225 min manat ödəniləcək. Kitabların bu ilin sonuna kimi hazırlanması nəzərdə tutulur.

Qeyd edək ki, tender müsabiqəsi dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə həyata keçirilməyib. Qalib şirkət bir mənbədən satınalma metodu ilə müəyyən edilib.

Xatırladaq ki, 14 iyul 2023-cü il tarixində Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” yeni Qanunu təsdiq edib. 1 yanvar 2024-cü ildən qüvvəyə minən yeni Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.

Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:

- Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;
- Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
- Satınalma predmetinə təcili tələbat yarandıqda;
- Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
- Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin kitab nəşri ilə bağlı tender müsabiqəsinin yuxarıda göstərilən hallardan hansına aid edildiyi barədə məlumat mövcud deyil.

Onu da bildirək ki, iki kitabı 225 min manata nəşrə hazırlayan “Banu” MMC barəsində açıq mənbələrdə heç bir məlumat mövcud deyil. MMC-nin nə rəsmi veb-saytı, nə də sosial şəbəkə hesabları mövcuddur. Daha əvvəl hansı sahədə fəaliyyət göstərdiyi də məlum deyil.
Vergilər Xidmətinin reyester məlumatlarında göstərilir ki, 2004-cü ildə dövlət qeydiyatına alınan və  nizamnamə kapitalı 10 manat olan “Banu” MMC-nin hüqui ünvanı Səbail rayonu, Məmmədyarov, ev 29, m. 2-də yerləşir. MMC-nin qanuni təmsilçisi Sarieh Deghatidir.
Məlumat üçün onu da bildirək ki, məşhur azərbaycanlı fotoqraf Reza Deghatinin bacısı Pəriçöhrə Deghati tətəfindən Bakıda “Banu” adlı moda evi yaradılıb. Sarieh Deghatinin rəhbərlik etdiyi “Banu” MMC ilə Reza Deghatin bacısı tərəfindən yaradılan moda evi arasında bənzər ad (“Banu”) və bənəzər soyaddan (Deghati)  əlavə hansısa əlaqənin olub-olmadığı barədə məlumat yoxdur.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR