Məhəmmədəli Qəriblinin üzərinə təşkil olunan media hücumunda böyük siyasi səhvə yol verildi…

30 yanvar, 2024 10:52

Mənə cavab verənlərin nəzərinə: axı, Müşahidə Şurasının 4 yox, 5 üzvü var – Bəs sədr niyə unudulub?

İki gün əvvəl, yeni formalaşan Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının seçilən üzvləri ilə bağlı olan gözlətilərimi və kiçik narazılığımı ifadə edən bir status yazdım. Elə həmin gün Milli.az saytında mənə cavab xarakterili bir yazı paylaşıldı. Çox maraqlıdır ki, həmin yazını həmkar təəssübkeşliyini və başqa münasibətləri kənara qoyaraq bir sıra başqa saytlar da tirajlamağa başladı. Hətta bəzi şəxslər tərəfindən mənə bunun “yuxarıların sifarişi” olduğuna dair bir mesaj da ötürüldü.

Ancaq mən belə qənaətdəyəm ki, şəxsimə qarşı bu kampaniyanı aparanlar öz korporativ və merkantil maraqlarını “yuxarıların” adı ilə pərdələmək istəyir. Məhəmmədəli Qəribli yazdığı balaca bir tənqidə görə niyə sifariş əsasında “vurulmalıdır”? Daim dövləti və milli maraqlardan çıxış edən, bütün jurnalist fəaliyyəti boyu prinsipial olaraq Prezidenti ardıcıl müdafiə edən, öz fəaliyyəti ilə bunları subut edən bir jurnalist belə arzuolunmaz bir personaya çevrilib ki, onun üzərinə bu şəkildə media preysinqi təşkil olunur?

Bu sualın bir cavabı var: əgər bu həqiqətdirsə, deməli, bunu edənlər cənab Prezidentin media ilə bağlı çağrışlarını açıq sabotajla məşğul olurlar. Yox, kimsə bu adla yalandan manipulyasiya edirsə, mütləq mənada həmin adamlar cəzasını almalıdır. Bu detalın mütləq mənada araşdırılmasını bütün instansiyalardan tələb edəcəm.

Bəlkə bunu edənlər, məqsədli şəkildə bir jurnalisti hakimiyyətdən incik salmaq niyyətini güdürlər. Görünən budur ki, onlara həqiqəti yazan jurnalistlər sərf etmir. Çünki öz neqativ fəaliyyətlərini məhz Prezidentdən gizlətmək istədikləri üçün bu mövqeyi tuturlar.

Mənə cavab kimi yazılan məqalədə belə bir detal var:

“Şurada təmsil olunanların hər biri cəmiyyətdə tanınan, həmkarları arasında dəyərləndirilən insanlardır.

Elçin Şıxlı təcrübəli jurnalist, usta söz və yazı ustası, çağdaş media şərtlərinə və mexanizmlərinə əla bələd olan şəxsdir.

Vüqar Zifəroğlu Azərbaycan jurnalistikasının nəzəriyyəçisi olmaqla yanaşı, praktiki, gəncləri yetişdirən müəllimidir.

Şəfəq Mehrəliyeva tanınmış media nəzəriyyəçisi, illərin sınağından peşəsini şərəflə keçirmiş ləyaqətli professionaldır.

Sevil Mikayılova peşəkar jurnalist, təcrübəli media strukturu rəhbəri olmaqla yanaşı, ölkəmizi müxtəlif beynəlxalq təşkilatlarda uğurla təmsil edən deputatdır”.

Əvvəla, bu siyahıda kimin hansı xidmətlərinin olduğunu və daşıdığı titulları sadalamağa nə ehtiyac var? Axı, mən yazımı fərdlər üzərində qurmamışam. İkincisi, biz başqa planetdən gəlməmişik. Ölkədə kimin-kim olduğunu və nəyə qadirliyini çox gözəl bilirik. Ancaq nədənsə yazı müəllifləri Müşahidə Şurasında yalnız 4 nəfəri müsbət xarakterizə ediblər.

Bəs 5-ci adam, Müşahidə Şurasının sədri Dağbəyi İsmayılovdan niyə bəhs edilməyib? Yaddan çıxıb? Əslində, bu detalın özü adamı ciddi düşünməyə vadar edir. Məntiqlə, bu siyahının başında ilk olaraq sədr kimi təsdiq olunan Dağbəyi müəllimin adı olmalıydı. Mən onu çox təcrübəli və layiqli namizəd sayıram. Cənab Prezidentin bu seçimini ikiəlli alqışlayıram. Onun adını bu siyahıdan niyə çıxdaş edilməsinin səbəbilə isə yaxşı olar ki, hörmətli Dağbəyi müəllimin özü maraqlansın…

Məhəmmədəli QƏRİBLİ

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR