Ermənistan XİN - Sərhədləri açmağa hazırıq!
30 yanvar, 2024 15:58
Ermənistan Türkiyə ilə sərhədi üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün açmağa hazırdır.
Bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan deyib.
Onun sözlərinə görə, Ermənistan ərazisində müvafiq infrastruktur artıq buna tam hazırdır: “Türkiyə tərəfdən cavab gözləyirik”. Kostanyan bildirib ki, Ankara Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesində konstruktiv rol oynaya bilər.