Heç bir arqument İlham Əliyevin dünya liderlərindən biri olması faktını zəiflədə bilməz

31 yanvar, 2024 12:23

"Yüksək iştirakçılıq və  yüksək səs faizi birliyimizin, həmrəyliyimizin, gücümüzün sarsılmazlığının göstəricisi olmalıdır."

İlham Əliyev bir dünya lideridir. Bu fikri təsdiqləmək üçün onu kiminlə müqayisə etmək əbəsdir, əvəzinə, aşağıdakıları əlahəzrət faktlara əsaslanmaq yetərlidir. 

1. Gərginləşən, sürətlə dəyişən, eyni zamanda qloballaşan dünyada balanslaşdırılmış xarici siyasət qurub, davamlılığını qoruya bildi. 

2. Qardaş ölkələrlə, ələlxüsus Türkiyə ilə sarsılmaz bağlar yaratdı. 

3. Ordumuzu modernləşdirdi. 

4. 30 illik işğala son qoymaqla yanaşı, torpaqlarımızda yaradılmış qondarma bir dövləti süquta uğratdı.

5. Böyük və uzunmüddətli tagediyaya son qoyaraq xalqının taleyini, pessimistləşmiş psixologiyasını dəyişdi. 

6. Dünya güclərinin dəstəklədiyi Ermənistanı məğlub etdi. 

7. "Böyük" Ermənistanın bütün xülyalarını heç etdi. 

8. Rusiya və Qərb arasında ağılasığmaz müvazinət siyasəti gərçəkləşdirdi. 

9. Meydanda və siyasi masada ardıcıl qələbələr qazandı. 

10. Müharibədən öncə, Vətən müharibəsi zamanı və postmüharibə dövründə inanılmaz, bənzəri az rastlanan diplomatiya həyata keçirdi. 

Heç bir arqument İlham Əliyevin dünya liderlərindən biri olması faktını zəiflədə bilməz.
 
Ziyalı bir xalqın da prioriteti belə bir geosiyasi dövrdə öz istiqlalını, suverenliyini, dövlətçilik varlığını qorumaq olmalıdır. Bu da, ancaq, təcrübəli, qətiyyətli, əzmkar, uzaqgörən bir liderlə mümkündür. 

Düşünürəm ki, Azərbaycan xalqının mütləq əksəriyyəti İlham Əliyevin prezidentliyinin davam etməli olması qənaətindədir və yüksək ehtimal, yenidən onu seçəcəkdir. Ancaq, biz bir xalq olaraq, 7 fevral günü hər bir nəticəni ən yüksək etməliyik! Hamılıqla, yekdilliklə öz seçki hüququmuzdan istifadə edib, ilk növbədə, öz vəfa borcumuzu yerinə yetirməliyik. Həmçinin, bununla Komandanımıza təşəkkürümüzü və inamımızı ifadə edib, liderimizin gələcək hədəflər üçün motivasiyasını yüksəltməliyik. 

Eyni zamanda, yüksək iştirakçılıq və əldə ediləcək yüksək səs faizi sarsılmaz birliyimizi, həmrəyliyimizi, gücümüzü dünyaya göstərmək üçün əvəzsiz imkandır. Bu, çağdaş dünyada yeni Azərbaycan üçün, yeni ideallar və yeni iddialar üçün təsəvvür etdiyimizdən daha çox vacibdir, daha zəruridir. 

Nəticə etibarilə, hər kəsi məsuliyyətli bir vətəndaş kimi, 7 fevral Prezident seçkilərində iştirak etməyə və dövlətimizə növbəti illərdə başçılıq etmək üçün ən layiqli namizədə səs verməyə, həmçinin, yaxın ətrafını da bu düşüncə ilə seçkilərə səsləməyə çağırıram. 

Daha güclü, daha böyük, daha bütün Azərbaycan üçün!

"Nərimanov Tibb Mərkəzi" publik hüquqi şəxsin Ümumi şöbə müdiri Elşən Alcansoy

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR