Yeyib-içəndən sonra rəfiqəsini vurub öldürən xanım jurnalist kimdir?

31 yanvar, 2024 14:50

İnternet televiziyalarından birinin əməkdaşı Sevinc İbrahimovanın törətdiyi qəzaya görə qazi aylarla işsiz qalıb. Vətən Müharibəsi iştirakçısı Məhəmməd Nəsirov məsələ ilə bağlı avtosfer.az-a müraciət edib.

O, iddia edir ki, ötən il oktyabrın 24-də özünü vəzifəli şəxs kimi təqdim edən Denis adlı oğlan, Qazaxıstan vətəndaşı, telejurnalist Sevinc İbrahimova və yaxın dostları Aydın Nəsirov küçəsində yerləşən “Manqal” restoranında yeyib-içiblər:

“Sonra saat 23 radələrində Sevincin xanımın rəfiqəsi Şepel Viktoriya mənə məxsus "Kiosk N-9" ASC-ya yaxınlaşıb. Bu zaman Sevinc İbrahimova Denisin "Bentley Bentayga” markalı, MO11YX777 qeydiyyat nişanlı avtomobilinə əyləşərək onun üzərinə sürüb.

Nəticədə Şepel Viktoriya Volodimirvnaya aldığı xəsarətdən ölüb, mənim isə köşkümə ciddi ziyan dəyib. Qəza zamanı köşkdə çalışan iki işçim – Nəsirov Nihat və Nəsirli Nicat xəsarət alıb və onları xəstəxanaya aparmışam”.

Məhəmməd Nəsirov bildirib ki, hadisə yerinə gəldikdə tanışlarının dağılmış məhsulların az bir qismini (təxminən 2 min manat dəyərində) topladıqlarını görüb:

“Qəza nəticəsində mənə 13 min manata yaxın ziyan dəyib. Dəymiş ziyan heç bir şəkildə ödənilmir. Hadisədən sonra Denis mənə yaxınlaşıb bildirib ki, o vəzifəli şəxsdir.

Sevinc İbrahimovanın vəkili Pərvin Məmmədov isə ziyanın qarşılığında sadəcə 3 min manat ödənilə biləcəyini təklif edir. Bu isə məni qane etmir.

Oktyabrın 25-də faktla bağlı Səbail Rayonu Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi açılıb”. Qazi vurğulayıb ki, dəymiş ziyanla yanaşı hadisədən indiyə kimi işsiz qalıb. Bu da onun üçün maddi problem yaradır:

“Çünki köşk dağıldı, hələ də bərpa etməyiblər. Mən ən azı ayda 1000 manat qazanırdım. İşçilərim də maaş alırdı. Hazırda bu gəlirdən məhrum olmuşuq.

Hadisəni törədən Sevinc xanımla görüşə bilmirəm. Denis adlı şəxs də ortaya çıxmır. İşçilərimə dəyən ziyana görə pul ödədilər. Qəza zamanı başqa maşını vurub əzmişdi. Onun da pulunu ödədilər. Ancaq mənə dəyən ziyanı ödəmirlər. İşlətdiyim köşkün sahibi şəhid xanımıdır. O da neçə aydır gəlirdən məhrum olub”.

Qarşı tərəf olan Sevinc İbrahimovanın vəkili Pərvin Məmmədov isə bu barədə bildirib ki, humanist yanaşaraq vətəndaşa 3 min manat pul təklif olunub:

​​​​​​​“Qeyd edilən məsələdə dəymiş ziyan müqabilində maksimum 5 min manat pul ödənilə bilər. Qarşı tərəf tələb etdiyi məbləği almaq üçün ona dəymiş ziyanı sənədlərlə sübut etməlidir. Bu halda sübut olunan məbləği ödəməyə hazırıq”.

Qeyd edək ki, Sevinc İbrahimova həbs edilməyib. İdarə etdiyi maşınla rəfiqəsini öldürən həmin şəxs yerli telekanallardan birində çalışırdı. Lakin hadisədən sonra onu məzuniyyətə göndərib işdən azad ediblər.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR