Türkiyə alternativ yollar axtaracaq - Hakan Fidan Aİ-yə mesaj verdi
05 fevral, 2024 10:17
"Ankara Avropa Birliyinə qəbul olunana qədər gözləməyəcək. Ona görə də alternativlər, digər tarixi yollar axtarmaq lazımdır, xüsusən də iqtisadi əməkdaşlıq sferası ilə bağlı".
Bu barədəTürkiyənin Xarici işlər naziri Hakan Fidan "A Haber" telekanalına müsahibəsində danışıb.
H.Fidan vurğulayıb ki, ölkə hələ də Aİ-yə daxil olmaq istəyir, lakin onun Brüsselə təsir etmək üçün nə yolları, nə də vasitələri var.
Nazir hesab edir ki, Aİ-nin Türkiyəyə qarşı fəaliyyətini müəyyən dərəcədə dini amil müəyyənləşdirir.