Münhendə Əliyev Paşinyanla görüşəcək?

16 fevral, 2024 13:35

Bu gün - fevralın 16-da Almaniyanın Münhen şəhərində beynəlxalq Təhlükəsizlik Konfransı öz işinə başlayıb.

Konfransın açılış günündə ABŞ vitse-prezidenti Kamala Harris çıxış edəcək. Fevralın 17-də isə Ukrayna prezidenti Volodimir Zelenskinin çıxışı gözlənilir. Ağ ev Harrisin Zelenski ilə görüşəcəyini açıqlayıb.

Gözlənir ki, Harris Bayden administrasiyasının Ukraynaya dəstəyi davam etdirəcəyini bildirəcək.

ABŞ dövlət katibi Antoni Blinken də Münhen konfransında iştirak edəcək. Beynəlxalq təhlükəsizlik siyasətinin müzakirəyə çıxarıldığı konfransda  dünyanın 50-dək lideri iştirak edir. Rusiya və İran hökumətləri Münhenə dəvət olunmayıb. Ermənistanın Baş naziri Nikol Paşinyan fevralın 16-da Münhenə işgüzar səfər edib.

Paşinyan Münhen Təhlükəsizlik Konfransının rəsmi açılış mərasimində iştirak edəcək, onun xarici tərəfdaşlarla ikitərəfli görüşlər də planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev də konfransa qatıla bilər. Dünən Almaniya kansleri Olaf Şolts İlham Əliyevə təbrik məktubunda konfransdan bəhs edərkən, "Sizinlə Münhen Təhlükəsizlik Konfransında görüşəcəyimizə şadam", - deyə bildirib.

Bəs Münhendə İlham Əliyev - Nikol Paşinyan görüşü keçirilə bilərmi?

Ermənistan Baş nazirinin dəftərxanası yerli mətbuata Paşinyanın Azərbaycan Prezidenti ilə görüşün planlaşdırılıb-planlaşdırılmadığına aydınlıq gətirməyib.

Bu haqda Azərbaycan tərəfdən də hər hansı məlumat yoxdur.

Xatırladaq ki, 2023-cü ildə ABŞ-ın dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan liderləri məhz Münhendə görüşmüşdülər.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR