"Plazalar kralı" İqtisadiyyat Nazirliyini məhkəməyə verdi - Şirkətin 22 min vergi borcu var

24 fevral, 2024 12:08

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı məhkəmə iddiası qaldırılıb.

Məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Şərafət Məmmədovanın icraatına verilib.
Qaldırılan iddia vətəndaşlıq vəziyyəti aktları üzrə mübahisələrlə bağlıdır.

Onu da bildirək ki, nazirliyə qarşı iddia “AQA Şirkətlər Qrupu” QSC və Dəmirçi Qafar Aydın oğlu tərəfindən qaldırılıb.

Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 2000 manat olan “AQA Şirkətlər Qrupu” QSC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Rəsmi sənədlərdə MMC-nin qanuni təmsilçisi Nəzərov Qurban Kamal oğlu göstərilir. Lakin şirkətin saytında Qurban Nəzərovun maliyyə müşaviri olduğu qeyd olunur (https://agagroup.az/about).

Onu da bildirək ki, “AQA Şirkətlər Qrupu”nun təsisçisi tanınmış iş adamı Aydın Dəmirçidir. Əsasən iş mərkəzlərinin (Plazalar) sahibi kimi tanınıb. Hazırda “AQA Şirkətlər Qrupu”na bağlı olan iş mərkəzləri arasında “Demirchi Tower”, “AGA İş Mərkəzi”, “Ariana Business Park”, “Caspian Business Center”, “Lotfi Zadeh Texnologiyalar Mərkəzi” və “Caspian Plaza” (3 korpusdan ibarət) yer alır. Bunlardan başqa “AGA Qroup” maliyyə (“Ferrum Kapital” və “Caspian Audit”),  kənd təsərrüfatı (“AGA Agro”, "Monte Ferro"),  İnformasiya Texnologiyaları (“Bravo Online Systems”), turizm və otelçilik (“Da Vinci” və “Caspian Palace” otelləri)  sahələrində də fəaliyyət göstərir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı məhkəmə iddiası qaldıran Qafar Dəmirçi isə “AQA Şirkətlər Qrupu”nun icraçı dirktorudur. Qafar Dəmirçi eyni zamanda şirkətin sahibi olan Aydın Dəmirçinin oğludur.

Qafar Dəmirçi 1986-cı ildə anadan olub. London Universitet Kollecinin İqtisadiyyat fakültəsini bitirib. 2008-ci ildən İT sahəsində fəaliyyət göstərir. 2014-cü ildən etibarən “AGA Group” şirkətində vitse-prezident vəzifəsində çalışır. Qafar Dəmirçi eyni zamanda iqtisadiyyat mövzusunda video-dərslər çəkərək  “Yotube” sosial şəbəkəsində paylaşır.

Qafar Dəmirçi həmçinin triatlon idman növü ilə məşğul olur. O, gənc idmançılarla birgə “Baku Tri Klub”u yaradıb. Bu vaxta qədər Qafar Dəmirçi 7 qitə olmaqla 16 dəfə marafonda iştirak edib. Aydın Dəmirçi də triatlon üzrə beynəlxalq yarışlarda iştirak edir.

Onu da qeyd edək ki, açıqlanan rəsmi məlumatlarda “AQA Şirkətlər Qrupu”nun dövlət büdcəsinə ödənilməmiş 22 min 116 manat 67 qəpik vergi borcunun olduğu göstərilir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR