Məşhur vəkilə qarşı şok ittiham - 7 min manat pul alıb

27 mart, 2024 16:31

Hazırda həbsdə olan Cəfərov Zaur Akif oğlu tanınmış vəlik Adəm Məmmədov haqda ittihamlar səsləndirib.

Yenisabah.az-a müraciətində o bildirib ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-139/2022 saylı, 15.12.2022-ci il hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə ona 5 il, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 9 ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilib. 

Təqsirləndirilən Cəfərov Zaur Akif oğluna qərəzli ittiham olunduğunu iddia etdiyi 234.4.3-cü maddəsi ilə bağlı bəraət hökmü verilsə də, təqsirləndirildiyi 228.4 maddəyə əsasən təyin olunmuş 9 ay müddətində azadlıqdan məhrum etmə qərarı hələ də qüvvədədir. 

Zaur Cəfərov iddia edir ki, vəkili Adəm Məmmədov ona təyin olunan qərəzli ittihamlarla bağlı bəraət alacağına söz verərək, ondan  3 min və 4 min manat olmaqla, ümumilikdə 7 min manat pul alıb. Lakin iddiaya əsasən, vəkil Adəm Məmmədov qərəzli hesab edilən ittihamlarla bağlı yuxarı instansiya məhkəməsində və Ali Məhkəmənin Cinayət Kollegiyasına edilən kassasiya şikayətində iştirak etməyib və düzgün iddia qaldırmayıb. Zaur Məmmədov ailə üzvlərinin vəkillə dəfələrlə əlaqə saxlamağa cəhd etdiyini desə də, zənglər və müraciətlər cavabsız qalıb. Adəm Məmmədovla bağlı Zaur Cəfərov tərəfindən bir sıra dövlət qurumlarına şikayət ərizəsi təqdim olunub.

Vəkil Adəm Məmmədov iddia ilə bağlı Yenisabah.az-a açıqlamasında bildirib ki, təqsirləndirilən Zaur Cəfərovla bağlı qərəzli ittiham hökmlərinin hər ikisi ilə bağlı bəraət təmin olunub.

“Cinayət Məcəlləsinin 234.4.3 və 228.4 maddələri ilə ittiham olunan Zaur Cəfərova məhkəmə tərəfindən bəraət verilib. Biz bununla bağlı Apellyasiya Məhkəməsinə müraciət etdik və 228.4-cü maddəyə əsasən təyin olunan 9 ay müddətində həbs ümumi həbs müddətindən çıxarıldı. Mən bu işlərlə həm Sumqayıt Ağır Cinayətlər Məhkəməsində, həm də apelliyasiya məhkəməsində iştirak etmişəm. Ali Məhkəməyə edilən kassasiya şikayətinə isə Zaur Cəfərovun yaxınları gəlmədi”. 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR