"Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur" - Ekspert

24 aprel, 2024 16:01

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu gün müxtəlif dövlət orqanları tərəfindən keçirilən bir neçə tender müsabiqəsini ləğv edib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tender müsabiqələrini “Dövlət Satınalmaları Haqqında” Qanunun hansı maddələrinə əsasən ləğv etdiyini açıqlayıb.

İqtisadçı-ekspert Allahverdi Aydın bildirir ki, Dövlət Xidmətinin tender müsabiqələrini ləğv edən zaman  istinad etdiyi maddələr mövcud Qanunda yoxdur:

“Məsələn, Pentensiar Xidmətin keçirdiyi tender müsabiqəsi 4 gün əvvəl Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məktubu əsasında ləğv olunub. Ləğvetmə səbəbi kimi, “Dövlət Satınalmaları Haqqında” Qanunun 3 müxtəlif maddəsinin tələblərinə istinad edilib. Daha doğrusu Dövlət Xidmətinin açıqlamasında belə yazılıb. Ləğv edilmə səbəbi kimi kimi gösrəilən 4.1.2., 38.2. və 57.3.7.-ci maddələrdə  tender müsabiqələrinin ləğvi barədə heç nə yoxdur. “Dövlət Satınalmaları Haqqında” Qanunda 57.3.7.-ci maddə isə ümumiyyətlə mövcud deyil. Yəni, Dövlət Xidməti Qanunda olmayan maddəyə istinad edərək tender müsabiqəsini ləğv edib”.

Ekspert deyir ki, Dövlət Xidmətinin müsabiqələrin ləğv edilmə səbəbi kimi göstərdiyi maddələr hazırda qüvvədə olmayan köhnə Qanunda yer alan tələblərdir:

“Hazırda qüvvədə olan Qanun ötən ilin 14 iyul tarixində Prezident İlham Əliyev tərəfindən təsdiqlənib və bu ilin 1 yanvar tarixindən qüvvəyə minib. Bu səbəbdən Dövlət Xidmətinin qüvvədə olmayan Qanuna istinad etməsi onu göstərir ki, həmin qurumda çalışan əməkdaşların yeni Qanundan xəbərləri yoxdur. Əks halda tender müsabiqəsi Qanunda olmayan maddəyə istinad edilərək ləğv edilməzdi”.

A.Aydın qeyd edir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tenderi ləğv edərəkən ən çox istinad etdiyi maddə 11.1-ci maddədir:

“Köhnə Qanunun həmin maddəsində yazılırdı ki, tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir. Yeni Qanunun 11.1-ci maddəsi isə sənədlərin hansı formada yazılmasından bəhs edilir”.(yeniavaz.com).

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI