BMT-də Fələstinlə bağlı səsvermə - Azərbaycan kimə səs verdi?

11 may, 2024 11:26

Ötən axşam BMT Baş Assambleyası Yaxın Şərqdəki vəziyyət, xüsusən də "İsrailin işğal olunmuş Fələstin ərazilərində qanunsuz hərəkətləri" ilə bağlı fövqəladə sessiyada toplaşıb.

İclasda Fələstinin BMT-yə üzvlüyü ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin təklif etdiyi qətnamə qəbul edilib. Səsvermədə iştirak edən 143 dövlətdən 9-u qətnamənin əleyhinə çıxıb. 25 dövlət isə səsvermədə bitərəf qalıb.

Maraqlıdır, səsvermə zamanı Azərbaycanın mövqeyi necə olub? 

BMT-dəki səsvermə zamanı Azərbaycan sənədin qəbuluna - Fələstinin lehinə səs verib.

Ermənistan da oxşar şəkildə səs verib. Gürcüstan, Böyük Britaniya, Ukrayna və bir sıra digər dövlətlər bitərəf qalıb. ABŞ, İsrail, Macarıstan, Çexiya və bir sıra digər dövlətlər isə sənədin əleyhinə səs verib.

Sənəd Fələstin Dövlətinin Baş Assambleyada hüquqlarını genişləndirir, lakin ona səs vermək və ya Birləşmiş Millətlər Təşkilatının orqanlarına namizəd kimi çıxış etmək hüququ vermir.

Nizamnaməyə görə, Baş Assambleya BMT-də tamhüquqlu üzv statusu verə bilməz - bu, Təhlükəsizlik Şurasının tövsiyəsini tələb edir. Xatırladaq ki, Təhlükəsizlik Şurasə aprel iclasında ABŞ-ın vetosuna görə belə bir tövsiyə verə bilmədi.

Ötən gün qəbul edilən qətnamədə Baş Assambleya Fələstin Dövlətinin üzvlük tələblərinə cavab verdiyini qeyd edir və Təhlükəsizlik Şurasına “bu məsələyə müsbət baxmağı” tövsiyə edir.

Birləşmiş Millətlər Təşkilatına daxil olan sonuncu dövlət Cənubi Sudan olub (2011-ci ildə).

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR