Türkiyə Təhlükəsizlik Şurası toplanır - Azərbaycan müzakirə ediləcək
28 may, 2024 11:50
Türkiyə Milli Təhlükəsizlik Şurasının bugünkü iclasında Ermənistanla Azərbaycan arasında sülh prosesi müzakirə olunacaq.
Bu barədə məlumatı “TRT Haber” yayıb.
Şuranın iclasında digər regional və beynəlxalq məsələlər, xüsusilə Rusiya və Ukrayna arasında müharibə, İranda baş verən hadisələr və Yunanıstanla münasibətlər müzakirə olunacaq.